
Apple MacBook istifadəçiləri üçün ViewSonic VG2781-4K adlı monitor təqdim edilib - QİYMƏTİ
Cihazlar+
11.03.2024
Emil
ViewSonic şirkəti Apple MacBook istifadəçiləri üçün nəzərdə tutulmuş yeni monitorunu təqdim edib. Təqdim edilmiş monitor ViewSonic VG2781-4K adlanır. Sözügedən monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 27 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir. Bununla yanaşı ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun 95%-ni, Adobe RGB rəng diapazonunun isə 92%-ni əhatə edir.

Monitor özündə HDMI 2.0, DisplayPort 1.2, USB-B 3.0, USB-A 3.0 və USB-C girişlərini birləşdirir. Monitorda olan USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 95 vatt çıxış gücünə sahibdir. Bununla yanaşı monitor 3 vatt gücündə səsgücləndiriciləri də əldə edib. ViewSonic VG2781-4K artıq Çində satışa çıxıb və onun qiyməti 239$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
