Logo
    main-post-cover

    Apple Macintosh-un ilk prototipi rekord qiymətə satışa çıxarılacaq

    Cihazlar+
    04.10.2024
    Emil
         Yaxın zamanda Bonhams adlı hərracda M0001 model nömrəsinə sahib Apple Macintosh kompüterinin ilk prototipi satışa çıxarılacaq. Əfsanəyə əsasən zamanında Steve Jobs bu prototipin yox edilməsi əmrini vermişdi. Səbəb isə kompüterdəki Twiggy 5.25 adlı disk oxuducusunun sahib olduğu problem idi. Lakin görünür, nəticədə kompüterin ilk prototipini qoruyub saxlayıblar. Sonuncu dəfə sözügedən prototip son iMac modelinin qiymətindən 10 dəfə daha baha qiymətə satılmışdı. Bu, 2019-cu ildə baş vermişdi. Belə ki, həmin ildə Apple Macintosh M0001 kompüteri hərrac çərçivəsində 150 045$-da satılmışdı. Çox güman ki, bu dəfəki hərracda onun qiyməti daha yüksək olacaq. Bu kompüterin dəyəri təkcə onun protoip olmasında deyil, həmçinin problemli Twiggy 5.25 disk oxuducusuna sahib olmasındadır. Bu səbəbdən zamanında onun yox edilməsi qərara alınmışdı. Lakin kompüteri MacWrite mətn reaktorunun tərtibatçısı xilas etdi. Kompüter 23 oktyabr tarixində hərrac çərçivəsində satışa çıxarılacaq.
    Paylaş