Logo
    main-post-cover

    Apple martın 4-də fərqli formatda təqdimat keçirə bilər

    Cihazlar+
    23.02.2026
    Ilhama
        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Apple martın 4-də texnologiya mediasını “xüsusi Apple təcrübəsi” adlı tədbirə dəvət edib. Lakin bu dəfə təqdimat klassik səhnə formatında olmaya bilər.
    Everything we are expecting from Apple's "Special Experience" event the  first week of March - PhoneArena
        Bloomberg jurnalisti Mark Gurman-ın məlumatına görə, Apple bütün yenilikləri bir əsas "keynote" tədbirində elan etmək əvəzinə, 3 günlük ardıcıl elan planlaşdırır. Bu elanların əsasən onlayn formada yayımlanacağı və martın 4-də keçiriləcək “təcrübə” tədbiri ilə yekunlaşacağı bildirilir. Həmin tədbir eyni vaxtda Nyu-York, London və Şanxayda təşkil olunacaq və jurnalistlər yeni məhsulları yerində sınaqdan keçirə biləcəklər. Daring Fireball bloqunun müəllifi John Gruber isə bildirib ki, bu tədbir klassik təqdimatdan daha çox praktiki demo və canlı test formatında ola bilər.

        Hansı məhsullar təqdim oluna bilər?

        Məlumata görə, Apple bu yaz mövsümündə ən azı 5 yeni məhsul elan etməyi planlaşdırır. Ehtimal olunan modellər bunlardır:
    • Daha əlçatan qiymətli yeni MacBook
    • iPhone 17e
    • M4 çipli iPad Air
    • Yeni giriş səviyyəli iPad
    • Yenilənmiş MacBook Air
    • Yeni MacBook Pro modelləri
    Paylaş