Logo
    main-post-cover

    Apple Masimo işində məğlub oldu

    Cihazlar+
    22.07.2026
    Sevinj
        ABŞ-də Apple ilə tibbi texnologiyalar şirkəti Masimo arasında illərdir davam edən patent mübahisəsində mühüm qərar verilib. ABŞ Dairə Məhkəməsi hakimi James V. Selna Apple-ın apellyasiya müraciətini rədd edib və bununla da şirkətin Masimoya 634 milyon dollar təzminat ödəməsi ilə bağlı qərar qüvvədə saxlanılıb.
    Apple wins $250 US jury verdict in patent case over Masimo smartwatches |  Reuters
        Məhkəmə prosesi Apple Watch-un qandakı oksigen səviyyəsini ölçən (Blood Oxygen) funksiyası ilə bağlı patent pozuntusu iddiaları ətrafında aparılırdı. Masimo daha əvvəl Apple Watch satışlarının qadağan edilməsinə çalışsa da, Apple 2024-cü ilin əvvəlində proqram təminatında etdiyi dəyişiklik sayəsində satışları bərpa etmişdi. Sonrakı məhkəmə proseslərində isə Masimo-nun satış qadağasını yenidən tətbiq etdirmək cəhdləri uğursuz olub.
        Apple son apellyasiyasında münsiflər heyətinin qərarının hüquqi əsaslarını, xüsusilə də "patient monitor" anlayışının şərhini mübahisələndirsə də, məhkəmə şirkətin həm qərarın ləğvi, həm də işə yenidən baxılması ilə bağlı tələblərini qəbul etməyib. Hazırkı vəziyyətdə Apple-ın 634 milyon dollar ödəməsi faktiki olaraq yekun qərara çevrilib.
     
    Paylaş