Apple Monrealda yeni və daha böyük Sainte-Catherine mağazasını açır
Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple Monreal şəhərində yerləşən Apple Sainte-Catherine mağazasını daha böyük və müasir məkana köçürərək 16 yanvar tarixində rəsmi açılışını edəcək. Yeni mağaza yerli vaxtla saat 10:00-da ziyarətçilərin üzünə açılacaq.
İlk dəfə 2024-cü ilin aprelində açıqlanan bu köçün 2025-ci ilin fevralında tamamlanacağı gözlənilsə də, Apple prosesi planlaşdırılandan daha tez başa çatdırıb. Yeni mağaza Monrealın mərkəzində, Sainte-Catherine küçəsi ilə Rue de la Montagne kəsişməsində yerləşən tarixi binada fəaliyyət göstərəcək və əvvəlki mağazadan xeyli böyük olacaq. Apple rəsmi saytında bildirib ki, yeni məkan Monrealın mərkəzində qalmaqla istifadəçilərin yaradıcılığı üçün daha geniş imkanlar yaradacaq. Açılış münasibətilə Apple yerli incəsənətə də xüsusi yer ayırır. Kvebekli rəssam Catherine Potvin Apple üçün eksklüziv loqo dizaynı və mağaza divar kağızını hazırlayıb. Açılış tədbirinə qatılanlara onun illüstrasiyası ilə hazırlanmış xüsusi Apple alış çantası hədiyyə ediləcək.
Bundan əlavə, Potvin-in hazırladığı divar kağızı Apple tərəfindən pulsuz yükləmə üçün təqdim olunur. Şirkət eyni zamanda Apple Music, Apple TV və digər platformalarda Kvebek yaradıcılığını ön plana çıxarır.
Paylaş
Bənzər xəbərlər