Logo
    main-post-cover

    Apple nazik gövdəli iPhone 17 Air-i bütün girişlərdən məhrum etməyi planlaşdırırdı

    Cihazlar+
    18.03.2025
    Emil
         Apple bu ilin ikinci yarısında nazik gövdəli iPhone 17 Air smartfonunu təqdim etməlidir. Bu, iPhone 16 Plus-ı əvəz edəcək smartfon olmalıdır. Cihazın əsas xüsusiyyəti onun rekord dərəcədə nazik gövdəsi olacaq - cəmi 5.5 mm. Bu da onu Apple tarixində ən nazik gövdəli iPhone edəcək. Məlum olub ki, bu modeli hazırlayarkən şirkət hem bir girişə sahib olmayan konsepsiyanı nəzərdən keçirsə də, sonda bu ideyadan imtina edib. Bunun əsas səbəblərindən biri Avropa qanunvericiliyinin mobil cihazları USB-C girişi ilə təchiz etməyi məcburi etməsi ola bilər. Apple uzun müddətdir MagSafe texnologiyasını inkişaf etdirir və naqilsiz data ötürmə sistemlərini təkmilləşdirir, lakin fiziki interfeyslərin tamamilə ləğvi smartfonun Avropada satışının qadağan olunmasına səbəb ola bilərdi.
         Beləliklə, tamamilə naqilsiz cihaz konsepsiyası test edilsə də, iPhone 17 Air modelində USB-C girişi saxlanılacaq. Bloomberg-in məşhur insayderi Mark Gurman-ın məlumatına görə, smartfon 6.6 düym ölçülü ekrana sahib olacaq və ProMotion texnologiyasını dəstəkləyəcək. Bu texnologiya 120 Hz-ə qədər təsvir yenilənməsini təmin edir. Uzun müddət ərzində iPhone 17 Air modelində ilk dəfə iPhone 16 Pro-da təqdim olunmuş Camera Control funksiyasının olub-olmayacağı məlum deyildi. İndi isə bu məlumat təsdiqlənib. Camera Control funksiyası iPadMac da daxil olmaqla digər Apple cihazlarından iPhone kamerasına nəzarət etməyə imkan verəcək. Apple-ın ultranazik smartfon yaratmaq istəyi ondan ciddi kompromislər tələb edib.
         iPhone 16 Plus-dan fərqli olaraq, iPhone 17 Air yalnız bir əsas kamera ilə təchiz olunacaq. Bundan əlavə, cihazda ikinci dinamik olmayacaq, bu da stereosəs keyfiyyətinə mənfi təsir göstərə bilər. Bununla belə, şirkət nazik gövdə və təkmilləşdirilmiş ekran üzərində fokuslanıb. Smartfonun nazik gövdəsi batareya tutumunun azaldılmasını tələb edib ki, bu da adətən smartfonun avtonom çalışma müddətinə mənfi təsir göstərir. Lakin Apple mühəndisləri ekran arxitekturasını yenidən işləyib, silisium komponentlərini optimallaşdırıb və proqram təminatında dəyişikliklər ediblər. Bu həllər sayəsində cihazın enerji səmərəliliyi artırılıb və onun avtonomluq səviyyəsi rəqabətədavamlı saxlanılıb.
    Mənbə: 9to5mac
    Paylaş
    Bənzər xəbərlər
    yeni-melumat-sizintisi-yenilenmis-siri-ile-bagli-veziyyetin-nece-acinacaqli-oldugunu-gosterib
    Proqram Təminatı

    Yeni məlumat sızıntısı yenilənmiş Siri ilə bağlı vəziyyətin necə acınacaqlı olduğunu göstərib

    Son zamanlar media tez-tez yazır ki, Apple yeni Siri versiyasının hazırlanması prosesində bir sıra çətinliklərlə üzləşib. Yeni versiyanın əsasını süni zəka əsaslı alqoritmlər təşkil etməlidir.
    iphone-16e-alicilar-arasinda-iphone-se-2022-den-daha-meshurdur
    Cihazlar+

    iPhone 16e alıcılar arasında iPhone SE 2022-dən daha məşhurdur

    IDC analitiklərinin məlumatına görə, iPhone 16e smartfonunun ilk həftələrdəki satış tələbi, iPhone SE 2022 modeli ilə müqayisədə 60% daha yüksək olub. Bununla yanaşı, Apple məhsullarına olan tələbin Çin bazarında azalmaqda olduğu qeyd edilir.
    airpods-lar-nitqin-sinxron-tercumesi-imkanini-e
    Cihazlar+

    AirPods-lar nitqin sinxron tərcüməsi imkanını əldə edəcəklər

    Bloomberg-in nüfuzlu insayderi Mark Gurman, AirPods istifadəçilərini sevindirəcək maraqlı bir xəbər paylaşıb. Apple, AirPods qulaqlıqları üçün elan olunmamış sinxron nitq tərcüməsi funksiyası üzərində aktiv çalışır.
    apple-servislerinde-backdoor-un-yerlesdirilmesi-movzusunda-boyuk-britaniya-ve-abs-resmileri-danisiqlar-apariblar
    Proqram Təminatı

    Apple servislərində backdoor-un yerləşdirilməsi mövzusunda Böyük Britaniya və ABŞ rəsmiləri danışıqlar aparıblar

    Böyük Britaniya və ABŞ rəsmiləri, Böyük Britaniyanın istifadəçilərə məxsus şifrələnmiş məlumatlara giriş əldə etmək üçün Apple servislərində backdoor yaratmaq niyyətində olduğu ilə bağlı narahatlıqları aradan qaldırmaq üçün danışıqlar aparıblar.
    apple-ve-google-mobil-brauzerlerin-inkisaflarina-mane-olurlar
    Proqram Təminatı

    Apple və Google mobil brauzerlərin inkişaflarına mane olurlar

    Böyük Britaniyanın mobil brauzer bazarı istehlakçılar və biznes üçün effektiv işləmir - belə nəticəyə Böyük Britaniyanın Rəqabət və Bazarlar İdarəsi (CMA) gəlib. CMA-nın araşdırmasına görə, bu problemin əsas səbəbkarları Apple və Google-dur.