
Apple növbəti iPhone SE-nin istehsalına başlamağa hazırlaşır
Cihazlar+
25.10.2024
Emil
Apple şirkətinin gələn ilin birinci yarısında növbəti iPhone SE smartfonunu təqdim edəcəyi gözlənilir. Çox güman ki, şirkət sözügedən yeni iPhone modelini yaz fəslində təqdim edəcək. Ortaya çıxmış yeni məlumata əsasən isə Apple artıq növbəti iPhone SE-nin istehsalına hazırlaşır və istehsalat prosesinə bu ilin dekabr ayında start verilə bilər. Məşhur analitik Ming-Chi Kuo bildirib ki, növbəti iPhone SE smartfonu 6.1 düym ölçülü OLED ekranı və USB-C girişini əldə edəcək. Bununla yanaşı smartfonun Apple A18 prosessoru vasitəsilə çalışacağı gözlənilir. Bunun sayəsində smartfon Apple Intelligence ekosisteminin süni zəka funksiyalarını dəstəkləyə biləcək. Son məlumat sızıntılarına əsasən növbəti iPhone SE 48 MP-lik əsas arxa kameranı əldə edəcək və özündə Face ID texnologiyasını birləşdirəcək.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
