
Apple növbəti iPhone SE smartfonunu 2025-ci ilə kimi təxirə salmış ola bilər
Görünür, növbəti iPhone SE smartfonunu bir qədər gözləmək lazım gələcək. Haitong International Securities şirkətinin analitiki Jeff Pu-nun sözlərinə əsasən Apple növbəti iPhone SE-ni 2025-ci ilə kimi təxirə salıb. Bu qərarın, Apple şirkətinin fərdi modemlərinin hazırlanma prosesinin ləngiməsi ilə əlaqəli olub-olmadığı bilinmir. Qeyd etmək lazımdır ki, daha öncəki məlumatlarda qeyd edilmişdi ki, Apple şirkətinin fərdi mobil modemi ilk öncə məhz iPhone SE smartfonuna quraşdırılacaq. Ehtimal ki, növbəti iPhone SE modelinin təxirə salınmasının əsas səbəbi məhz budur.
Paylaş
Bənzər xəbərlər