Logo
    main-post-cover

    Apple növbəti iPhone SE üçün nəzərdə tutulmuş ekranları artıq əldə etməyə başlayıb

    Cihazlar+
    08.10.2024
    Emil
          Növbəti iPhone SE smartfonu barəsində son zamanlarda daha çox məlumatın ortaya çıxması Apple şirkətinin onun üzərində aktiv çalışmağa davam etməsinə işarə edir. Ross Young adlı məşhur insayderin vermiş olduğu yeni məlumata əsasən Apple növbəti iPhone SE üçün nəzərdə tutulmuş yeni ekranları artıq əldə etməyə başlayıb. İnsayderin sözlərinə əsasən növbəti iPhone SE üçün nəzərdə tutulmuş yeni ekranların istehsalı ilə BOE LG Display şirkətləri məşğul olurlar.
         Samsung Display isə bu layihədə iştirak etmir. Qeyd etmək lazımdır ki, Apple sonuncu dəfə iPhone SE-ni 2022-ci ildə təqdim etmişdi. Növbəti iPhone SE-nin isə 2025-ci ilin birinci yarısında təqdim olunacağı gözlənilir. Son məlumata əsasən yeni iPhone SE-də şirkət OLED ekrana keçid edəcək. Bununla da şirkət bütün smartfonlarında OLED ekrandan istifadəyə keçid prosesini yekunlaşdırmalıdır. Gözləntilərə əsasən növbəti iPhone SE modeli 6.1 düym ölçülü OLED ekranla təchiz olunacaq və fiziki Home düyməsindən məhrum olacaq. Üstəlik yeni iPhone SE-də Face ID texnologiyasının reallaşdırılması güman edilir.
    Paylaş