main-post-cover

    Apple öz ilk qatlana bilən smartfonunu 2 ildən sonra təqdim edə bilər

    Cihazlar+
    21.02.2024
    Emil Nəcəfov
         Apple şirkəti hal-hazırda aktiv şəkildə öz ilk qatlana bilən smartfonu üzərində çalışır. Bir neçə gün bundan öncə məlumat ortaya çıxdı ki, şirkət sözügedən smartfonun hazırlanması prosesində bəzi problemlər ilə qarşılaşıb. Problemlərdən biri isə qatlana bilən smartfonda istifadə edilən elastiki ekranın dözümlülük testlərindən keçməməsi olub. Hətta məlumatda qeyd edilmişdi ki, Apple bu səbəbdən qatlana bilən iPhone-nun hazırlanması prosesini dayandırıb.
         Lakin Koreyanın Alpha Economy adlı saytı tərəfindən verilmiş məlumata əsasən qatlana bilən iPhone üzərində işlər davam edir. Məlumata əsasən Apple öz ilk qatlana bilən smartfonunu 2026-cı ildə iPhone 18 smartfon seriyası ilə birlikdə təqdim edə bilər. Alpha Economy saytı qeyd edib ki, şirkət Apple Vision Pro üzərində çalışmış komanda üzvlərinin bir hissəsini qatlana bilən iPhone layihəsinə yönləndirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple Samsung Galaxy Ring smart üzüyünün rəqibini hazırlayır
    apple-samsung-galaxy-ring-smart-uzuyunun-reqibini-hazirlayir
    Saxta iPhone-lar ilə Apple-a 3 milyon dollar dəyərində zərər vuruldu!
    saxta-iphone-lar-ile-apple-a-3-milyon-dollar-zerer-vuruldu
    Bu il Apple AirPods 4 ilə yenilənmiş AirPods Max-ın təqdimatları gözlənilir
    bu-il-apple-airpods-4-ile-yenilenmis-airpods-max-in-teqdimatlari-gozlenilir
    Apple Vision Pro 2 artıq hazırlanır
    apple-vision-pro-2-artiq-hazirlanir
    Avropa Birliyi Apple şirkətinə 500 milyon dollardan çox cərimə təyin edəcək
    avropa-birliyi-apple-sirketine-500-milyon-dollardan-cox-cerime-teyin-edecek