
Apple öz smart televizorunu hazırlayır
Cihazlar+
18.11.2024
Emil
Apple şirkəti smartfon, planşet, kompüter və bir sıra digər cihazlar üzrə lider şirkətlərdən biridir. Lakin məlum olub ki, şirkət daha bir sahəyə daxil olmağı nəzərdən keçirir. Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın vermiş olduğu məlumata əsasən Apple öz smart televizoru üzərində çalışır. İnsayder Apple tərəfindən hazırlanan smart televizor barəsində ətraflı məlumat verməyib. Lakin o bildirib ki, smart televizor smart ev ekosisteminin bir hissəsini təşkil edəcək.
İnsayder əlavə edib ki, Apple şirkətinin smart televizor layihəsi hələ ilkin mərhələdədir. Buna görə də onun satışlarına yalnız bir neçə ildən sonra start verilə bilər. Bununla belə Apple tərəfindən hazırlanan smart televizor bazarda bu bizneslə məşğul olan aparıcı şirkətlərə ciddi rəqabət ola bilər. Qeyd etmək lazımdır ki, hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple təkcə öz cihazlarının deyil, kənar istehsalçılarının cihazlarının da vahid ekosistemdə birləşəcəkləri irimiqyaslı layihə üzərində çalışır. Çox güman ki, söhbət, məhz smart ev ekosistemindən gedir.
Paylaş
Ən çox oxunanlar

Huawei Watch 5 ağıllı saatı təqdim olunub - QİYMƏTİ
