
Apple Pencil 3-ün özəlliklərindən biri məlum olub
Cihazlar+
05.04.2024
Sabina
Yanvar ayında məlumat ortaya çıxmışdı ki, Apple şirkəti yeni Apple Pencil stilusu üzərində çalışır və o, Apple Pencil 2-nin davamçısı olacaq. Söhbət, Apple Pencil 3-dən gedir. İndi isə internetdə Apple Pencil 3 barəsində yeni məlumat ortaya çıxıb. 9to5mac saytının vermiş olduğu məlumata əsasən iPadOS 17.5-in kodunda Apple Pencil 3-ün funksiyalarından biri barəsində məlumat aşkar edilib. Söhbət, sürətli əməliyyatlar üçün stilusun sıxılması jestindən gedir.
Məsələn stilusun müəyyən güclə sıxılması vasitəsilə stikerləri və ya imzaları əlavə etmək olar. Heç istisna deyil ki, istifadəçi sıxılma jestinə müxtəlif əməliyyatları da təyin edə biləcək. Daha öncəki məlumat sızıntılarına əsasən Apple Pencil 3 həmçinin Find My servisinin dəstəyinə sahib olacaq. Beləliklə itmiş stilusu tapmaq daha rahat olacaq. Gözləntilərə əsasən Apple Pencil 3 stilusu yaxın zamanda yeni iPad planşetləri tərkibində təqdim ediləcək.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
