
Apple qatlana bilən cihazı üçün elastiki ekran istehsalçısını seçib
Cihazlar+
13.05.2024
Emil
Samsung, Huawei, Honor və Xiaomi kimi şirkətlər artıq öz qatlana bilən smartfonlarına sahibdirlər. Lakin Apple kimi dünya şöhrətli şirkət hələ də elastiki ekranlı bir dənə cihaza belə sahib deyil. Lakin görünür, şirkət bu istiqamətdə addım-addım irəliləyir. Belə ki, DigiTimes Asia nəşriyyatının vermiş olduğu məlumata əsasən Apple şirkəti qatlana bilən cihazlar üçün elastiki ekranların istehsalı mövzusunda Samsung-un Samsung Display şöbəsi ilə müqavilə bağlayıb. Daha öncəki məlumat sızıntılarında qeyd edilirdi ki, Apple elastiki ekranların istehsalı mövzusunda həmçinin LG Display ilə də danışıqlar aparır.
Lakin Samsung Display tərəfindən istehsal ediləcək elastiki ekranların Apple şirkətinin konkret olaraq hansı cihazı üçün olacaqları aydın deyil. Bəzi məlumatlara əsasən Apple hal-hazırda qatlana bilən iPhone üzərində çalışır. Bununla belə qatlana bilən iPhone-nun 2026 və ya 2027-ci ildə təqdim olunacağı gözlənilir. Bundan əlavə olaraq bəzi məlumatlara əsasən Apple həmçinin qatlana bilən iPad və MacBook üzərində də çalışır. Keçən həftə Apple şirkətinin qatlana bilən cihazlar üçün nəzərdə tutulmuş şarnir konstruksiyasının patenti ortaya çıxdı. Patentdə şarnir konstruksiyasının müxtəlif cihazlarda tətbiq oluna biləcəyi qeyd edilmişdi.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
