
Apple qatlana bilən iPad ideyasından imtina edə bilər
Cihazlar+
08.04.2024
Farid
Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən Apple şirkəti qatlana bilən iPad üzərində çalışır. Hətta bəzi insayderlər zamanında bildirmişdilər ki, şirkətin ilk qatlana bilən cihazı iPhone deyil, məhz iPad olacaq. Lakin yeni məlumata əsasən Apple nəticə etibarilə qatlana bilən iPad layihəsini ləğv edə bilər. Səbəb isə qatlanma izinə sahib olmayan ekranın hazırlanmasında yaşanan problemlərdir.
Bloomberg saytının sözlərinə əsasən şirkət qatlana bilən dizayn imkanı üzrə araşdırmalarını davam etdirsə də, qeyd edilmiş problemin effektiv həllini hələ tapa bilmir. Bloomberg-in məşhur insayderi Mark Gurman bildirib ki, mövcud problemin həll olunmayacağı təqdirdə şirkət qatlana bilən iPad ideyasından ümumiyyətlə imtina edə bilər. Bununla yanaşı insayder əlavə edib ki, layihənin ləğv olunmayacağı halda qatlana bilən iPad 2027-ci ildə satışa çıxa bilər.
Paylaş
Ən çox oxunanlar

Honor 8000 mAh-dan daha böyük həcmli batareyaya sahib smartfon üzərində çalışır
