Logo
    main-post-cover

    Apple qatlana bilən iPhone-nun hazırlanma prosesində problemlərlə qarşılaşıb

    Cihazlar+
    16.02.2024
    Emil
         Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən Apple şirkəti öz ilk qatlana bilən cihazları üzərində çalışır. Məlumatlarda qeyd olunur ki, onların arasında qatlana bilən planşet və smartfon mövcuddur. Lakin Apple özü bu barədə rəsmi bir məlumatı hələ təqdim etməyib. Aydın məsələdir ki, şirkət bu istiqamətdfə hazır məhsulunu təqdim etməyə tələsmir və hələ ki, bu mövzuda araşdırmalar aparır. Lakin ortaya çıxmış yeni məlumata əsasən şirkət artıq bu istiqamətdə problemlər ilə qarşılaşıb. İnsayderlər bildiriblər ki, Apple digər brendlərin bir neçə qatlana bilən smartfonlarını əldə edərək onları hissələrə ayırıb.
         Bu üsul ilə şirkət öz qatlana bilən smartfonlarının hazırlanma prosesini sürətləndirməyə çalışır. Lakin şirkət öz qatlana bilən smartfonunun ekranının test nəticələrindən razı qalmadığı üçün bu layihə hələlik dayandırılıb. Qatlana bilən smartfonun vacib elementlərindən birinin məhz ekran olduğunu nəzərə alsaq, çox güman ki, Apple öz qatlana bilən smartfonunu müəyyən müddətlik təxirə salacaq. Daha öncəki məlumat sızıntılarında qeyd edilmişdi ki, Apple öz ilk qatlana bilən smartfonunun kütləvi istehsalına 2026 və ya 2027-ci ildə start verə bilər. 
    Paylaş