
Apple qatlana bilən iPhone-nun hazırlanmasına Vision Pro komandasını cəlb edib
Cihazlar+
29.03.2024
Emil
Ortaya çıxmış yeni məlumata əsasən Apple şirkəti qatlana bilən iPhone-nu 2027-ci ilə kimi təxirə salıb və bu smartfonun hazırlanmasına Apple Vision Pro komandasının üzvlərini cəlb edib. Qeyd etmək lazımdır ki, daha öncə qatlana bilən iPhone modelinin 2026-cı ildə təqdim olunacağı gözlənilirdi. Lakin onun 2027-ci ilə kimi təxirə salınması Apple şirkətinin bu mövzuda ideal məhsul hazırlamaq istəməsindən xəbər verir. Hal-hazırda bazarda olan qatlana bilən smartfonların ekranlarında ən çox rast gəlinən problem həmin ekranlarda qatlanma izlərinin olması və ekranların özlərinin deformasiyaya uğramasıdır. Apple üçün isə bu cür problemlər yolverilməzdir. Bəlkə də bu problemlərin aradan qaldırılması gözlənildiyindən daha çox zaman alacağı səbəbilə Apple qatlana bilən iPhone-nu məhz 2027-ci ilə kimi təxirə salıb.
Paylaş
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
