Logo
    main-post-cover

    Apple qatlana bilən iPhone-nun konseptini dəyişib

    Cihazlar+
    04.12.2024
    Emil
         Apple şirkəti qatlana bilən smartfonunu təqdim etməmiş yeganə məşhur şirkətdir. Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən şirkət öz ilk qatlana bilən smartfonu üzərində aktiv şəkildə çalışır və onu yaxın illər ərzində təqdim edə bilər. İndi isə məşhur analitik Ross Young məlumat verib ki, qatlana bilən iPhone insanların onu hal-hazırda təsəvvür etdikləri kimi olmaya bilər. Daha öncə güman olunurdu ki, qatlana bilən iPhone smartfonu Samsung Galaxy Z Flip kimi olacaq. Yəni o, qatlana bilən qapaqlı smartfon olacaq.
         Bu cür smartfonlara flip form-faktoruna sahib smartfonlar deyirlər. Lakin analitik qeyd edib ki, Apple öz ilk qatlana bilən smartfon konseptini dəyişib və nəticədə digər form-faktoru nəzərdən keçirir. Belə ki, məlumata əsasən qatlana bilən iPhone smartfonu xarici görünüşcə Galaxy Z Fold-a bənzəyəcək. Yəni smartfon kitab formasında hazırlanacaq. Məlumatda qeyd edilib ki, bu cür qərar böyük ekranlı smartfonların hal-hazırda alıcılar arasında çox məşhur olmaları ilə əlaqələndirilir. Bu öz növbəsində iPhone 16 Pro iPhone 16 Pro Max smartfonlarındakı ekran ölçülərinin nəyə görə böyüməsini əks etdirir. Gözləntilərə əsasən qatlana bilən iPhone 2026-cı ildə təqdim olunacaq.
    Paylaş