
Apple qatlana bilən qapaqlı iPhone üzərində çalışır
Cihazlar+
08.02.2024
Emil
Heç kim üçün sirr deyil ki, Apple hal-hazırda öz ilk qatlana bilən cihazları üzərində çalışır. Onların arasında qatlana bilən iPad və iPhone olmalıdır. Qatlana bilən iPhone mövzusuna gəldikdə indiyənə kimi bu cür smartfonun hansı form-faktora sahib olacağı tam aydın deyil idi. Yəni smartfon ya Fold ya da Flip form-faktoruna sahib olmalıdır. The Information saytı öz növbəsində bu mövzuya aydınlıq gətirib. Beləliklə verilmiş məlumata əsasən Apple qatlana bilən qapaqlı iPhone üzərində çalışır. Yəni söhbət, Flip form-faktoruna sahib qatlana bilən iPhone-dan gedir.
Məlumatda qeyd edilib ki, şirkət hal-hazırda sözügedən iPhone-nun iki versiyasını test edir və onlar öz aralarında ekran ölçüləri ilə fərqlənirlər. Qatlana bilən qapaqlı iPhone-nun texniki göstəriciləri barəsində heç bir məlumat yoxdur. Sadəcə qeyd edilib ki, sözügedən iPhone modeli ilkin hazırlanma mərhələsindədir. Buna görə də bu cür iPhone-nu bu il və ya gələn il gözləmək lazım deyil. Ən yaxşı halda smartfon 2026-cı ildə təqdim oluna bilər. Digər tərəfdən The Information saytı bildirib ki, qatlana bilən qapaqlı iPhone modeli şirkətin standartlarına cavab verməsə, Apple ümumiyyətlə bu layihəni ləğv edə bilər.
Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
