main-post-cover

    Apple qərarından dönmür: VisionPro-da Lightning başlıqdan istifadə olunub!

    Cihazlar+
    01.02.2024
    Farid Pardashunas
         Bildiyimiz kimi, Avropa Birliyinin təzyiqləri əsasında bütün texnoloji şirkətlərin yalnız USB-C kabel başlığından istifadə etməsi şərt idi. Lakin görünən odur ki, "Apple" bu təzyiqlərə əməl etməyərək "VisionPro" virtual reallıq eynəklərində bir daha Ligthning kabelindən istifadə edib.
         iPhone 15 seriyası ilə "Apple"nin USB-C portundan istifadə etməsi bir daha şirkətin Lightning portlarından və başlıqlarından istifadə etməyəcəyi düşüncəsini yaratmışdı. Lakin jurnalist Ray Wong, SİM kart yuvasını açmaq üçün istifadə olunan iynə vasitəsilə "VisionPro"nun batareyasından USB kabelini ayıran zaman maraqlı bir faktla qarşılaşıb. Belə ki, jurnalist kabeli ayırdığında "Apple"nin zarafat edirmişcəsinə daha iri 12 pinli Lightning USB başlığından istifadə etdiyini görüb. Bu, o deməkdir ki, əgər USB kabel xarab olarsa, batareyanı tamamilə dəyişmək əvəzinə yalnız kabeli dəyişə bilmək mümkündür. Lakin bu kabel məlumat transferi üçün deyil, yalnız "VisionPro" ilə batareya arasında enerjini ötürmək üçün istifadə olunur.
         Avropa Birliyinin bu vəziyyətə necə münasibət bildirəcəyi hələ ki, məlum deyil. Lakin "Apple"nin bu qədər təzyiqlərə baxmayaraq yenidən Lightning kabel başlığından istifadə etməsi Avropa Birliyi tərəfindən xoş qarşılanmaya bilər. Bu səbəbdən Avropada "VisionPro" virtual reallıq eynəklərinin satışına qadağa qoyulma ehtimalı da var.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    iPhone 16 Pro və iPhone 16 Pro Max smartfonlarının dizaynlarında ciddi dəyişiklik olmayacaq
    iphone-16-pro-ve-iphone-16-pro-max-smartfonlarinin-dizaynlarinda-ciddi-deyisiklik-olmayacaq
    Apple hərəkətli ekrana sahib smartfonun patentini əldə edib
    apple-hereketli-ekrana-sahib-smartfonun-patentini-elde-edib
    Apple iPhone 16 seriyasının uğuruna şübhə ilə yanaşır
    apple-iphone-16-seriyasinin-uguruna-subhe-ile-yanasir
    Apple A18 Pro prosessorunun Geekbench test nəticələri açıqlanıb
    apple-a18-pro-prosessorunun-geekbench-test-neticeleri-aciqlanib
    Çin polisi saxta Apple qulaqlıq istehsalının qarşısını alıb!
    cin-polisi-saxta-apple-qulaqliq-istehsalatinin-qarsisini-alib