
Apple qlobal bazarda iPhone 15 smartfonlarının qiymətlərini qaldıra bilər
İnsayderlərin verdikləri proqnozlara əsasən Apple bu il iPhone 15 smartfonlarının qiymətlərini qaldıracaq. Onlar konkret rəqəmlər təqdim etməsələr də, daha öncəki məlumatlarda qeyd edilmişdi ki, Apple bu il iPhone 15 smartfonlarının qiymətlərini 200$ qaldıra bilər. Əgər bu məlumat nəticədə doğru olarsa, deməli şirkət son 2 ildə öz smartfonlarının beynəlxalq bazarda qiymətlərini ikinci dəfə qaldıracaq.
Qeyd etmək lazımdır ki, keçən il təqdim edilmiş iPhone 14 smartfonları nəticədə iPhone 13 smartfonlarından bir qədər baha olmuşdular. Bununla belə qiymət artımı ABŞ bazarını əhatə etməmişdi. Lakin insayderlər bildiriblər ki, iPhone 15 modellərinin qlobal bazarda qiymətləri ikinci dəfə yüksələ bilər. Onların fikirlərinə əsasən hətta bunun olacağı halda da iPhone 15-lərin satışları zərər görməyəcəklər. İnsayderlərin hesablamalarına əsasən 250 milyon istifadəçi 4 ildir ərzində yeni iPhone əldə etməyib. Bu isə yeni iPhone-ların potensial alıcılarıdır.
Paylaş
Bənzər xəbərlər