Logo
    main-post-cover

    Apple Savings faizləri rekord aşağı səviyyəyə düşdü

    Cihazlar+
    24.04.2026
        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple istifadəçiləri üçün təqdim olunan Apple Savings hesablarının illik faiz gəliri (APY) növbəti dəfə azaldılıb. Şirkət müştərilərinə göndərdiyi bildirişdə faiz dərəcəsinin 0.15 % endirildiyini açıqlayıb. Beləliklə, əvvəl 3.65 % olan APY artıq 3.50 % səviyyəsinə düşüb.
        Bu dəyişiklik Apple Savings xidmətindən istifadə edən bütün müştərilərə şamil olunur. Faizlərin azalması əsasən Federal Reserve tərəfindən həyata keçirilən monetar siyasət və faiz endirimləri ilə əlaqələndirilir. Xüsusilə 2025-ci ilin dekabr ayında baş verən faiz azaldılması bu prosesə birbaşa təsir edib.
        Apple Savings 2023-cü ildə istifadəyə veriləndə bazarda vəziyyət fərqli idi. Həmin dövrdə ABŞ-də əsas faiz dərəcələri 5.25 %–5.50 % intervalında idi və Apple istifadəçilərə 4.15 % APY təklif edərək bazar ortalamasından xeyli yüksək gəlir vəd edirdi. Hətta xidmət 2024-cü ilin əvvəlində 4.4 % ilə ən yüksək səviyyəsinə çatmışdı. Lakin Federal Reserve tərəfindən ardıcıl faiz endirimləri bu göstəricini aşağı salmağa başladı. 2024-cü ilin payız aylarında APY 4.25 %, daha sonra 4.10 % və 3.90 %-ə düşdü. 2025-ci ildə isə azalma davam etdi: martda 3.75 %, mayda 3.65 % və indi isə 3.50 %. Hazırkı vəziyyət göstərir ki, qlobal faiz siyasəti dəyişdikcə, istifadəçilərin əmanətlərdən əldə etdiyi gəlirlər də paralel şəkildə azalır.
     

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...