Apple səhvən iPhone 12-nin təqdimat tarixini sızdırıb

Apple səhvən iPhone 12-nin təqdimat tarixini sızdırıb

Mobil Cihazlar
21.08.2020 PAYLAŞIM

    Apple şirkəti iPhone 12 seriyasının və digər yeni məhsullarının təqdim olunacağı payız tədbirinin keçirilmə tarixini hələ anons etməyib. Lakin şirkət səhvən həmin tədbirin keçirilmə tarixini Youtube kanalında səhvən ortaya çıxardıb. Bu barədə Appleinsider saytı xəbər verib. İnsayderlərin məlumatlarına əsasən təqdimat tədbirinin güman olunan tarixinin əks olunduğu test məqsədli canlı yayım Youtube servisinin məsləhətlər bölməsində ortaya çıxıb.

    Apple şirkəti həmin canlı yayıma keçidi tez bir zamanda deaktiv edib. Lakin insayderlər onun screenshotunu çəkə biliblər. Beləliklə təqdim edilmiş fotoya əsasən şirkət öz yeni məhsullarını artıq 10 sentyabr tarixində təqdim edə bilər. Qeyd etmək lazımdır ki, əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, şirkət bu il iPhone 12 modellərini bir qədər gec təqdim edəcək.


    Keçən il iPhone 11 seriyası məhz 10 sentyabr tarixində təqdim olunmuşdu. Qeyd edilmiş tarix cümə axşamına düşür. Lakin şirkət adətən öz təqdimat tədbirlərini həftənin əvvəlində keçirir. Buna görə də ortaya çıxmış bu məlumata bir qədər şübhə ilə yanaşmaq lazımdır. Şirkət ənənə üzrə bu cür məlumat sızıntılarına fikir bildirmir. Bir neçə müddət bundan öncə Apple rəsmi olaraq bildirmişdi ki, bu ilki iPhone modelləri bir qədər gecikmə ilə satışa çıxacaqlar.



DAHA ÇOX


Xiaomi 14 və Xiaomi 14 Pro barəsində yeni məlumatlar ortaya çıxıb

Xiaomi-nin flaqman smartfonlarını müxtəlif səbəblərə görə tənqid etmək olar.


OnePlus Nord 3 5G Geekbench testlərindən keçib

Məlumdur ki, OnePlus hal hazırda OnePlus Nord 3 5G smartfonu üzərində çalışır.


Sony Xperia Pro-I II flaqman smartfonu barəsində yeni məlumatlar ortaya çıxıb..

Sony şirkəti 2021-ci ildə Xperia Pro-I adlı flaqman smartfonunu təqdim etmişdi.


ASUS Zenfone 10 flaqman smartfonu barəsində bəzi rəsmi məlumatlar verilib

Dünən ASUS özünün növbəti flaqman smartfonu olacaq Zenfone 10-un təqdimatını anons etdi.


Nokia-nın növbəti büdcəli smartfonu Geekbench testlərindən keçib

Nokia brendi növbəti büdcəli smartfon üzərində çalışır. Söhbət, Nokia G42 smartfonundan gedir. ..


ASUS Zenfone 10 flaqman smartfonunun təqdimatı anons edilib

ASUS şirkəti son aylar ərzində olmuş çoxlu sayda məlumat sızıntısından sonra Zenfone 10 flaqman smar..

×