Apple sensor ekranlı MacBook Pro hazırlayır
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Apple-ın bu ilin payızında təqdim etməsi gözlənilən OLED ekranlı və sensor dəstəyi olan yeni MacBook Pro modelləri “Dynamic Island” funksiyası ilə təchiz oluna bilər. Bu barədə məlumatı Bloomberg jurnalisti Mark Gurman paylaşıb.
Apple ilk dəfə “Dynamic Island” funksiyasını iPhone 14 Pro və iPhone 14 Pro Max modellərində təqdim etmişdi. Həmin funksiya ekranın yuxarı hissəsində yerləşən kapsul formalı kəsik vasitəsilə bildirişləri və canlı məlumatları interaktiv şəkildə göstərməyə imkan verir. Məlumata görə, MacBook Pro modellərində istifadə olunacaq “Dynamic Island” daha kiçik ölçüdə olacaq.
Yeni MacBook Pro modelləri 14 və 16 düymlük ekran ölçülərində təqdim ediləcək və dizayn baxımından hazırkı nəsillərə bənzəyəcək. Lakin əsas yenilik istifadəçi interfeysində olacaq. Apple macOS sistemini həm sensor idarəetməyə, həm də klassik trackpad və siçan istifadəsinə uyğun şəkildə daha “dinamik” hala gətirməyi planlaşdırır. Məsələn, istifadəçi ekranda hər hansı düyməyə toxunduqda, barmağın ətrafında yeni tip kontekst menyusu açılacaq və toxunuş üçün daha uyğun seçimlər təqdim ediləcək. Bu yanaşma Mac-larda ilk dəfə tam sensor təcrübəni mümkün edə bilər.
Paylaş