Logo
    main-post-cover

    Apple sensorlu ekrana sahib şarj keysli AirPods-u patentləşdirib

    Cihazlar+
    07.06.2024
    Emil
         Apple şirkəti bir neçə yeni patent sorğusunu qeydiyyatdan keçirib. Qeydiyyatdan keçmiş patent sorğuları AirPods qulaqlıqları üçün nəzərdə tutulmuş yenilikləri əks etdirirlər. Patent sənəldərinə əsasən Apple öz naqilsiz qulaqlıqları üçün nəzərdə tutulmuş şarj keyslərini təkmilləşdirərək onların funksionallıqlarını genişləndirmək niyyətindədir. Beləliklə patent fotolarına əsasən Apple AirPods üçün nəzərdə tutulmuş şarj keysinə sensorlu ekranın inteqrasiyasını planlaşdırır.
         Onun vasitəsilə istifadəçi musiqini dəyişə, səsi tənzimləyə, mesajlara baxa və ya Siri səsli köməkçisini aktivləşdirə bilər. Patent fotolarından birində şarj keysi üzərində qulaqlıqlar üçün nəzərdə tutulmuş təzyiqə həssas xüsusi zonalar qeyd edilib. Patentdəki məlumata əsasən həmin zonalar müxtəlif audio rejimlər arasında keçidləri reallaşdırmaq üçün nəzərdə tutulub. Sensorlu ekrana sahib şarj keysini özündə birləşdirəcək AirPods-ların nə zaman təqdim olunacaqları bilinmir.
    Paylaş