Logo
    main-post-cover

    Apple sensorlu ekrana sahib yeni iMac üzərində çalışmış ola bilər

    Cihazlar+
    13.03.2024
    Emil
         Apple şirkətinin hələ təqdim etməmiş yeni iMac kompüterinin sxematik patent fotosu internetdə ortaya çıxıb. Fotoda əks olunmuş iMac modeli Apple şirkətinin bu kateqoriyadan olan kompüterləri üçün heç də ənənəvi olmayan konstruksiyaya sahibdir. Fotoya əsasən yeni iMac ekranın hündürlük və əyilmə bucağının ayarlanması üçün nəzərdə tutulmuş xüsusi dayağa sahib olacaq. Bəzi məlumatlara əsasən fotoda əks olunmuş iMac sensorlu ekrana sahib olacaq iMac modeli olacaq. Bu cür iMac modelinin nə zaman təqdim olunacağı isə bilinmir.
    Paylaş