
Apple sensorlu idarəetmə düymələrini iPhone 16-da da reallaşdırmaya bilər
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple bu il iPhone 15 Pro modellərində səsin tənzimlənməsi düymələrini sensorlu etməyi planlaşdırır. Lakin daha sonra məlum oldu ki, şirkət bəzi texniki problemlər ilə qarşılaşdığı üçün sensorlu düymələr iPhone 16 modellərində reallaşdırıla bilər. Lakin insayderlərin vermiş olduqları yeni məlumata əsasən şirkət sensorlu düymələri hətta iPhone 16 modellərində də reallaşdırmaya bilər.
Bunun əsas səbəbi isə hələ də həll edilməmiş texniki problemlərdir. Məlumatda qeyd edilib ki, Apple sensorlu düymələr ideyasından hələ may ayında imtina edib. Lakin bunun dəqiq olub-olmaması bilinmir. Bununla belə gözləntilərə əsasən bu ilki iPhone 15 Pro modellərində maraqlı bir dəyişiklik yenə də reallaşdırılacaq. Belə ki, indiyənə kimi iPhone modellərində səssiz rejimə keçid düyməsi sürüşdürmə mexanizmi üzrə çalışırdısa, iPhone 15 Pro modellərində səssiz rejimə keçid düyməsi ənənəvi düymə formasında reallaşdırılacaq və onu sürüşdürmək əvəzinə klikləmək lazım gələcək.
Paylaş
Bənzər xəbərlər