Apple şirkəti 2 milyard dollar dəyərində cərimələnə bilər

Apple şirkəti 2 milyard dollar dəyərində cərimələnə bilər

Mobil Cihazlar
04.05.2023 PAYLAŞIM

    Justin Gutman adlı britaniyalı vətəndaş Apple şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Səbəb isə şirkətin illər əvvəl iPhone-lardakı batareyaların ömürlərini uzatmaq üçün smartfonların performanslarını bilərəkdən aşağı salmasındadır. Qeyd etmək lazımdır ki, Apple şirkətinin ətrafında cərəyan etmiş bu qalmaqal batterygate adı ilə tanınır. Apple etiraf edib ki, o, iPhone 6 iPhone 6s modellərində batareyaların ömürlərini uzatmaq üçün həmin smartfonların performanslarını aşağı salıb. Təbii ki, istifadəçilər bundan xəbərdar deyildilər.

    Justin Gutman adlı britaniyalı vətəndaş bu məsələ ilə bağlı Apple şirkətinə qarşı məhkəmə iddiasını keçən il qaldırmışdı. İlk əvvəl 25 milyon istifadəçi tərəfindən qaldırılmış kollektiv məhkəmə iddiası çərçivəsində şirkətə təyin edilmiş cərimə məbləği 900 milyon dollar təşkil etmişdi. Lakin məhkəmə iddiasının qaldırılmasından 1 il sonra bu məbləğ 2 milyard dollara yüksəlib. Apple öz növbəsində sözügedən məhkəmə iddiasının ləğv edilməsinə çalışır. Şirkətin vəkilləri məhkəmə iddiasını əsaslandırılmamış adlandırıblar. Şirkət bildirib ki, o, 2017-ci ildə bu məsələ ilə bağlı istifadəçilərdən üzr istəyib və onlara smartfonlardakı batareyaların dəyişdirilməsi üçün endirimlər təklif edib.




DAHA ÇOX


AnTuTu may ayının qiymət-keyfiyyət nisbəti üzrə ən yaxşı Android smartfonlarının..

AnTuTu bençmarkı may ayının qiymət-keyfiyyət nisbəti üzrə ən yaxşı Android smartfonların reytinqləri..


AnTuTu may ayının ən güclü subflaqman smartfonlarının reytinqini təqdim edib..

AnTuTu bençmarkı may ayının ən güclü subflaqman Android smartfonlarının reytinqini təqdim edib...


AnTuTu may ayının ən güclü flaqman Android smartfonlarının reytinqini təqdim edi..

AnTuTu bençmarkı may ayının ən güclü flaqman Android smartfonlarının reytiniqi təqdim edib...


Samsung Galaxy S23 Ultra-nın Exynos 2300 prosessoruna sahib versiyası satışa çıx..

Bir neçə gün bundan öncə Geekbench-in məlumatlar bazasında Samsung-un SM-S919O model nömrəsinə sahib..


Redmi 12-nin render fotosu və bəzi texniki özəllikləri təqidm edilib

Xiaomi-nin Redmi brendi Avropa bazarında Redmi 12 adlı yeni büdcəli smartfonunu təqdim etməyə hazırl..


Nokia C300 smartfonu təqdim edilib - QİYMƏTİ

HMD Global şirkəti Nokia C110 ilə yanaşı Nokia C300 smartfonunu da təqdim edib.

×