main-post-cover

    Apple şirkəti 8 düym ekranlı iPad mini üzərində çalışır

    Cihazlar+
    27.05.2024
    Emil Nəcəfov
         Apple şirkəti hələ bir neçə müddət bundan öncə iPad Pro 2024 iPad Air 2024 planşet modellərini təqdim etdi. Lakin bununla belə şirkət növbəti iPad modelləri üzərində çalışmağa davam edir. Onlardan biri də iPad mini-dir. Ortaya çıxmış yeni məlumata əsasən Apple şirkəti hazırlanan iPad mini modellərindən birini 8 düym ölçülü OLED ekranla təchiz etməyi planlaşdırır. Məlumatda qeyd edilib ki, nəzərdə tutulmuş bu iPad mini modeli üçün ekran istehsalı ilə Samsung Display məşğul olmalıdır və planlaşdırılan ekranlar artıq test olunur.
         Qeyd etmək lazımdır ki, artıq satışda olan iPad Pro 2024 planşei üçün olan OLED ekranların istehsalı ilə də Samsung Display məşğul olur. Əgər hər şey plan üzrə getsə, iPad mini üçün nəzərdə tutulmuş OLED ekranların kütləvi istehsalına 2025-ci ilin ikinci yarısında start veriləcək. 8 düym OLED ekrana sahib iPad mini planşetinin nə zaman satışa çıxacağına gəldikdə isə bu nə bu il nə də gələn il baş verməyəcək. Məlumata əsasən sözügedən iPad mini planşeti 2026-cı ildə satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Qatlana bilən Apple MacBook-un ekranı barəsində məlumat verilib
    qatlana-bilen-apple-macbook-un-ekrani-baresinde-melumat-verilib
    iOS 18 ilə Apple Music-ə gələcək yeni xüsusiyyətlər bəlli olub!
    ios-18-ile-apple-music-e-gelecek-yeni-xususiyyetler-belli-olub
    Apple özü-özünü bərpa edə biləcək qatlana bilən ekranı patentləşdirib
    apple-ozu-ozunu-berpa-ede-bilecek-qatlana-bilen-ekrani-patentlesdirib
    iPhone-lara gələcək yeni emojilər bəlli olub!
    iphone-lara-gelecek-yeni-emojiler-belli-olub
    Xiaomi, Hindistanda yeni telefon markasını təqdim etmək üçün Apple-ın "Crush" reklamını təqlid edib!
    xiaomi-hindistanda-yeni-telefon-markasini-teqdim-etmek-ucun-apple-in-crush-reklamini-teqlid-edib