main-post-cover

    Apple şirkəti 9 yeni iPhone modelini qeydiyyatdan keçirdib

    Cihazlar+
    12.06.2020
    Farid Pardashunas
        Apple şirkəti Avrasiya iqtisadi komissiyasının məlumatlar bazasında bir neçə məhsulunu qeydiyyatdan keçirdib. Bu barədə 9to5mac saytı xəbər verib. İlk növbədə qeydiyyatdan keçirilmiş 9 smartfon modeli diqqət keçir. Həmin smartfonlar A2176, A2172, A2341, A2342, A2399, A2403, A2407, A2408, A2411 model nömrələrinə sahibdirlər. Məlumatda qeyd edilib ki, qeydiyyatdan keçirilmiş bu smartfonlar iOS 13 əməliyyat sistemi vasitəsilə çalışırlar
         Lakin çox güman ki, təqdimata yaxın bu məlumat yenilənəcək və ora iOS 14 dəstəyi əlavə ediləcək. Çətin ki, söhbət 9 müxtəlif iPhone modelindən gedir. Çox güman ki, qeydiyyatdan keçirilmiş smartfonlar öz aralarında müxtəlif özəlliklər ilə fərqlənən yeni iPhone modelləridir. Bir çox olmuş məlumat sızıntısına əsasən şirkət bu il 4 yeni iPhone modeli təqdim edəcək.
        Bundan əlavə olaraq Avrasiya iqtisadi komissiyasının məlumatlar bazasında Apple şirkətinin yeni kompüter modeli də qeydiyyatdan keçib. O, A2330 model nömrəsinə sahibdir və macOS 10.13 əməliyyat sistemi vasitəsilə çalışır. Çox güman ki, söhbət yeni iMac modelindən gedir. Gözləntilərə əsasən şirkət öz yeni iMac modelini bu ayın sonunda keçiriləcək WWDC 2020 tədbirində təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər