
Apple şirkəti App Store-dan minlərlə Çin tətbiqini silməyə başlayıb
Cihazlar+
02.08.2020
Nijat
Son vaxtlar Çin üçün vəziyyət heç də yaxşı getmir. ABŞ tərəfindən sanksiyalara məruz qalan Çinin bir çox məşhur tətbiqləri də qlobal səviyyədə məlumat oğurluğu ilə günahlandırılır. Bu səfər isə Apple Çinin App Store-undan minlərlə tətbiqi silməyə başlayıb. Bunlar arasında çox məşhur tətbiqlər də yerləşir. Tədqiqat şirkəti olan Qimai-nin verdiyi məlumatlara görə bu gün daxil olmaqla Çində App Store-dan 29.800 tətbiq silinib.
Silinən tətbiqlərin Apple şirkətinə lisenziya nömrəsini bildirməyən şirkətlərə aid olduğu aşkarlanıb.

Apple bu ilin əvvəllərində App Store-dan lisenziyası bildirilməyən şirkətlərə aid tətbiq və oyunların silinəcəyini bəyan etmişdi. Bu qərar səbəbilə tərtibatçılara 31 İyula qədər vaxt verilmişdi. Bu vaxt aralığında lisenziyası Apple-a bildirilməyən şirkətlərin bütün tətbiq və oyunları silinəcəkdi. Deyildiyi kimi də oldu. Təxminlərə görə bu ilin sonuna qədər daha çox tətbiq və oyun App Store-dan silinəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
