Apple şirkəti App Store-dan minlərlə Çin tətbiqini silməyə başlayıb

Apple şirkəti App Store-dan minlərlə Çin tətbiqini silməyə başlayıb

Mobil Cihazlar
02.08.2020 PAYLAŞIM

        Son vaxtlar Çin üçün vəziyyət heç də yaxşı getmir. ABŞ tərəfindən sanksiyalara məruz qalan Çinin bir çox məşhur tətbiqləri də qlobal səviyyədə məlumat oğurluğu ilə günahlandırılır. Bu səfər isə Apple Çinin App Store-undan minlərlə tətbiqi silməyə başlayıb. Bunlar arasında çox məşhur tətbiqlər də yerləşir. Tədqiqat şirkəti olan Qimai-nin verdiyi məlumatlara görə bu gün daxil olmaqla Çində App Store-dan 29.800 tətbiq silinib.

Silinən tətbiqlərin Apple şirkətinə lisenziya nömrəsini bildirməyən şirkətlərə aid olduğu aşkarlanıb.

        Verilən məlumatlara görə 26.000-dən çoxu oyun olan ümumi 29.800 tətbiq App Store-dan silinib. Qeyd edək ki, Çin bazarı Apple üçün çox ciddi gəlir mənbəyidir. Beləki Sensor Tower tərəfindən verilən məlumatlarda şirkətin 2019-da çinli tətbiq və oyunlardan 12.6 milyard dollardan daha çox gəlir əldə etdiyi deyilir. 


        Apple bu ilin əvvəllərində App Store-dan lisenziyası bildirilməyən şirkətlərə aid tətbiq və oyunların silinəcəyini bəyan etmişdi. Bu qərar səbəbilə tərtibatçılara 31 İyula qədər vaxt verilmişdi. Bu vaxt aralığında lisenziyası Apple-a bildirilməyən şirkətlərin bütün tətbiq və oyunları silinəcəkdi. Deyildiyi kimi də oldu. Təxminlərə görə bu ilin sonuna qədər daha çox tətbiq və oyun App Store-dan silinəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google şirkəti Pixel 5 və Pixel 4a 5G smartfonlarını təqdim edib - QİYMƏTİ..

Google şirkəti dünən gecə Pixel 5 və Pixel 4a 5G smartfonlarını təqdim edib. Pixel 5 modeli Qualcomm..


Xiaomi şirkəti Mi 10T, Mi 10T Pro və Mi 10T Lite smartfonlarını təqdim edib - Qİ..

Baş tutmuş online təqdimat çərçivəsində Xiaomi şirkti yeni Mi 10T smartfon seriyasını təqdim edib. ..


Huawei Mate 40 flaqman smartfon seriyasının təqdimat tarixi barəsində məlumat ve..

Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Huawei şirkəti Mate 40 flaqman smartfon..


Rəsmi: Bu il OnePlus 8T seriyasında Pro model olmayacaq

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, OnePlus şirkəti bu il OnePlus 8T seriyasının..


İnsayderlər: Bu ilki iPhone 12 seriyasında yalnız bir ədəd flaqman smartfon olac..

Gələn ay Apple şirkəti 4 yeni iPhone 12 modeli təqdim etməlidir. İnsayderlərin verdikləri yeni məlum..


Analitiklər smartfonların orta qiymətlərində artımdan xəbər veriblər: Bunun səbə..

Hələ 3 il bundan öncə 999$ qiymətində iPhone X təqdim olunan zaman hamı Apple şirkətini dəli adlandı..

×