
Apple şirkəti Apple Pencil 3 stilusu üzərində çalışır
Cihazlar+
26.01.2024
Emil
Apple şirkəti yeni nəsil Apple Pencil stilusu üzərində çalışır. Bu stilus barəsində məlumat iOS 17.4 əməliyyat sisteminin beta versiyasının fayllarında aşkar edilib. Məlumata əsasən yeni nəsil stilus bazara Apple Pencil 3 adı altında satışa çıxacaq və Find My servisinin dəstəyinə sahib olacaq. Stilusun Find My servisini dəstəkləməsi o deməkdir ki, stilusun itdiyi halda onu tapmaq mümkün olacaq. Çox güman ki, Apple Pencil 3 bu il ərzində təqdim ediləcək yeni iPad modelləri çərçivəsində sərgilənəcək.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
