main-post-cover

    Apple şirkəti iPhone 12 modellərini mərhələli şəkildə satışa çıxarda bilər

    Cihazlar+
    04.08.2020
    Emil Nəcəfov
        Keçən hətfə Apple şirkətinin maliyyə işləri üzrə baş vitse-prezidenti Luca Maestri investorlarla görüşdə bildirmişdi ki, iPhone 12 seriyası bir qədər gecikmə ilə satışa çıxacaq. İndi isə insayderlərin verdikləri məlumata əsasən Apple şirkəti yeni iPhone 12 modellərinin təqdimatları ilə yanaşı həmçinin bəzi modellərin satışlarını da gecikdirəcək. Bu barədə Gizmochina saytı xəbər verib.
        Məlumata əsasən çap platalarının istehsalında gecikmələrin olması səbəbilə Apple şirkəti iPhone 12 modellərinin satışlarını mərhələli şəkildə reallaşdıracaq. Məlumatda qeyd olunub ki, hal hazırda yalnız 6.1 düym ekrana sahib olacaq iki ədəd iPhone 12 üçün komponent istehsalı reallaşdırlır. 5.4 düym və 6.7 düym ekranlara sahib olacaq digər iPhone 12 modelləri üçün isə komponent istehsalı bir neçə həftədən sonra başlayacaq.
        Gözləntilərə əsasən Apple bu il 4 ədəd iPhone 12 modeli təqdim edəcək. Onları keçən ilki modellərdən fərqləndirəcək əsas özəllik isə ondan ibarət olacaq ki, yeni iPhone modelləri 5G modem ilə təchiz olunacaqlar. Bununla yanaşı bu ilki iPhone modellərinin qutularında şarj cihazının olmayacağı da gözlənilir. Bu halda alıcılar yalnız şarj naqilini əldə edəcəklər.
    Linki kopyala