
Apple şirkəti iPhone 12-nin təqdimat tarixini anons edib
Cihazlar+
09.09.2020
Emil
Apple şirkəti növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan etdi. Baş tutacaq təqdimat tədbirində Apple şirkətindən yeni məhsulların təqdim olunacağı gözlənilir. Beləliklə şirkət elan edib ki, öz təqdimat tədbirini 15 sentyabr tarixində keçirdəcək. Təqdimat tədbirində 4 ədəd yeni iPhone 12 modelinin, Apple Watch-un və iPad modelinin təqdim olunacağı gözlənilir. iPhone modellərinə gəldikdə şirkət 5.4 düym, 6.1 düym (iki iPhone 12) və 6.7 düym ekranlara sahib iPhone 12 modellərini təqdim etməlidir. Məlumata əsasən istifadəçiləri tamamilə yeni dizayn gözləyir. Bununla yanaşı çox güman ki, Pro və Pro Max modellərinin arxa panellərindəki kameraların yanında həmçinin LiDAR skaneri olacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
