
Apple şirkəti iPhone 17 Pro modellərinin gövdələrində daha parlaq rəng çalarlarına geri dönəcək
Cihazlar+
08.10.2024
Emil
iPhone 17 seriyasının gələn il təqdim olunacağına baxmayaraq onun barəsində məlumatlar ortaya çıxmağa davam edir. İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən iPhone 16 Pro modellərində daha təmkinli rəng çalarlarından sonra Apple şirkəti iPhone 17 Pro modellərinin gövdələrində daha parlaq rəng çalarlarına geri dönəcək. Məlumatda qeyd edilib ki, şirkət daxilində iPhone 17 Pro modelləri üçün 3 yeni gövdə rəngi müzakirə olunur. Teal Titanium (mavi titan), Green Titanium (yaşıl titan) və Dark Green Titanium (tünd yaşıl titan). Müzakirə olunan bu yeni rənglər iPhone smartfonlarının artıq özlərində birləşdirdikləri ənənəvi ağ, qara, boz və qızılı rənglər ilə yanaşı yeni əlavə rənglər ola bilərlər. Qeyd etmək lazımdır ki, iPhone 17 Pro modellərində yeni gövdə rəngləri ilə yanaşı A19 Pro prosessorununun da istifadə ediləcəyi gözlənilir.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
