
Apple şirkəti Powerbeats Pro 2 naqilsiz qulaqlığını satışa çıxartmağa hazırlaşır
Cihazlar+
21.01.2025
Emil
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti Powerbeats Pro 2 adlı yeni naqilsiz qulaqlığını satışa çıxartmağa hazırlaşır. İndi isə Bloomberg saytının məşhur insayderi Mark Gurman satışa hazırlaşan bu yeni naqilsiz qulaqlıq barəsində yeni təfərrüatları təqdim edib. Beləliklə insayder bildirib ki, Apple yaxın zamanda bu yeni naqilsiz qulaqlığın jurnalistlər üçün qapalı təqdimatını keçirəcək və təqdimat barəsində onun barəsində ətraflı məlumat verəcək.
Fevral ayının əvvəlində isə Powerbeats Pro 2-nin satışa çıxması gözlənilir. Bununla yanaşı insayder bildirib ki, Apple şirkətinin bu yeni naqilsiz qulaqlığı xarici görünüşcə birinci nəsil Powerbeats Pro-ya bənzəyəcək və üstəlik ətraf səs-küyün aktiv boğulması özəlliyini əldə edəcək. Bundan əlavə olaraq naqilsiz qulaqlıq özündə Spatial Audio və Adaptive Audio texnologiyalarını birləşdirəcək. Powerbeats Pro 2-nin əsas fərqləndirici özəllikləri sırasında ürək döyüntüləri tezliyi ilə təzyiqin ölçülməsi imkanı olacaq. İnsayderin sözlərinə əsasən bu ölçmə prosesləri idmanla məşğul olma və ya digər fiziki hərəkətlərin yerinə yetirilməsi zamanı iki qulaqlıqdan istifadə halında baş tutacaqlar.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
