Apple şirkəti rəsmi olaraq iPhone 12-ni təqdim edib - QİYMƏTİ

Apple şirkəti rəsmi olaraq iPhone 12-ni təqdim edib - QİYMƏTİ

Mobil Cihazlar
14.10.2020 PAYLAŞIM

    Uzun çəkmiş gözləntilərdən sonra Apple şirkəti sonunda iPhone 12 smartfon seriyasını təqdim edib. Apple şirkətinin bu ilki smartfon seriyasına iPhone 12, iPhone 12 mini, iPhone 12 Pro iPhone 12 Pro Max modelləri daxil olublar. Gəlin ilk öncə iPhone 12 və iPhone 12 mini modellərinə nəzər salaq. Sözügedən smartfonlar iPhone 5-ə bənzər yeni dizayn, keçən ilki modellər ilə müqayisədə təkmilləşdirilmiş kameralar, yeni nəsil prosessor və 5G dəstəyini əldə ediblər. Xarici görünüşcə hər iki smartfon bir-birinə bənzəyir. Onlar arasındakı yeganə fərq ekran ölçüsündədir. Smartfonlar iPhone 5 və iPad Pro kimi yastı bucaqlara sahib gövdə dizaynını əldə ediblər. Adi iPhone 12 modeli 2532x1170 piksel keyfiyyətli 6.1 düym Super Retina XDR ekran, iPhone 12 mini modeli isə 2340x1080 piksel keyfiyyətli 5.4 düym Super Retina XDR ekran əldə edib. Hər iki smartfonun ekranı əlavə keramik laya sahib Gorilla Glass qoruyucu şüşəsi ilə əhatə edilib.

Bənzər xəbər

iPad Mini 4 gəlir


    Apple şirkəti qeyd edib ki, bu hal hazırda bazarda olan ən dözümlü qoruyucu şüşədir. Belə ki, o, əvvəlki iPhone modelləri ilə müqayisədə yüksək hündürlükdən düşüş sınağının öhdəsindən daha yaxşı gəlir. Onu da qeyd etmək lazımdır ki, smartfonların ekranları üzərində artıq ənənəyə sadiq qalaraq çıxıntı hissə yerləşdirilib. Həmin çıxıntı hissədə isə ön kameralar ilə Face ID sistemi yerləşdirilib. iPhone 11 ilə müqayisədə iPhone 12 modeli 11% daha nazik, 15% daha kiçik və 16% daha yüngül olub. iPhone 12 və iPhone 12 mini 5 nanometrlik A14 Bionic prosessoru ilə təchiz olunurlar. Apple şirkətinin məlumatına əsasən bu çipin daxilində olan CPU ilə GPU-nun gücü digər smartfonlardakı platformalar ilə müqyaisədə 50% daha güclüdür. Güclü prosessor ilə yanaşı sözügedən iPhone modelləri il dəfə olaraq 5G şəbəkə dəstəyini də əldə ediblər. Smartfonlarda olan 5G çipi saniyədə 4 Gbit yükləmə sürətini təmin edir

 

    İstifadəçi tərəfindən yerinə yetirilən əməliyyatlardan asılı olaraq enerji sərfiyyatını təmin etmək üçün bu smartfonlar 4G ilə 5G arasında avtomatik keçidi reallaşdırırlar. Onu da qeyd etmək lazımdır ki, hər iki smartfon 64/128/256 GB daxili yaddaş həcminə sahibdir. Fotolardan da görmək olar ki, yeni smartfonların arxa panellərindəki kamera dizaynı iPhone 11-in arxa kamera dizaynı ilə eynidir. iPhone 12 və iPhone 12 mini modelləri iPhone 11 kimi ikili arxa kameraya sahibdir. Bunlar genişbucaqlı və ultragenişbucaqlı kamera sensorlarıdır. Lakin keçən iki iPhone 11 ilə müqayisədə yeni smartfonların arxa kameraları təkmilləşdirilib. Belə ki, smartfonlar 12 MP (f/1.6 diafraqma) + 12 MP (f/2.4 diafraqma) ikili arxa kamera ilə təchiz olunublar. Təkmilləşdirilmiş kameralar ilə birlikdə smartfonların kamera çəkilişlərini əhatə edən proqram təminatı da yenilənib. Əsasən Smart HDR rejimi 3-cü versiyaya kimi yenilənib və gecə rejimi artıq ön kamera da daxil olmaqla bütün kameralarda çalışır.

    Smartfonlar həmçinin 12 MP-lik (f/2.2 diafraqma) ön kamera ilə təchiz olunublar. Kameraların çəkiliş bacarıqlarına gəldikdə isə onlar 60 fps-də 4K keyfiyyətli, 30 fps və ya 60 fps-də HD (1080p) keyfiyyətli, 30 fps-də isə 720p keyfiyyətli videolar çəkə bilirlər. Kameralar həmçinin 2 qat optik zoom, 3 qat rəqəmsal zoom və təsvirin optik stabilizasiyası kimi müasir funksiyaları da dəstəkləyirlər. Apple şirkəti yeni smartfonların batareya həcmləri barəsində məlumat verməsə də qeyd edib ki, iPhone 12 modeli bir dəfə şarj olunandan sonra 17 saat ərzində video izmə rejimində, 65 saat ərzində audio dinləmə rejimində çalışa bilər. Şirkətin məlumatına əsasən bir dəfə şarj olunandan sonra iPhone 12 mini modeli isə 15 saat ərzində video izləmə rejimində, 50 saat ərzində isə audio dinləmə rejimində çalışa bilər.

    Yeni smartfonlarla yanaşı şirkət həmçinin MagSafe adlı naqilsiz şarj texnologiyasını da təqdim edib. Kiçik naqilsiz şarj stansiyasını xatırladan bu cihaz iPhone 12 və iPhone 12 mini modellərinin arxa panellərində yerləşdirilmiş maqnit bərkidici vasitəsilə onlara qoşulur. Onu da qeyd etmək lazımdır ki, yeni iPhone 12 smartfonlarının qutularında naqilli qulaqlıqlar ilə şarj cihazı yoxdur. Qutuda yalnız smartfon və onun şarjı üçün nəzərdə tutulmuş USB Type-C naqili yerləşir. iPhone 12 modeli bu ayın sonunda, iPhone 12 mini modeli isə gələn ayın əvvəlində satışa çıxacaq. Onların qiymətləri aşağıdakı kimidir:

- 64 GB daxili yaddaşa sahib iPhone 12 - 799$

- 128 GB daxili yaddaşa sahib iPhone 12 - 849$

- 256 GB daxili yaddaşa sahib iPhone 12 - 949$

- 64 GB daxili yaddaşa sahib iPhone 12 mini - 699$

- 128 GB daxili yaddaşa sahib iPhone 12 mini - 749$

- 256 GB daxili yaddaşa sahib iPhone 12 mini - 849$.

    İndi isə iPhone 12 Pro və iPhone 12 Pro Max modellərinə nəzər salaq. Pro seriyasının smartfonları LiDAR skaner ilə yanaşı həmçinin Apple tarixində ən yüksək satış qiymətlərini əldə ediblər. iPhone 12 və iPhone 12 mini kimi Pro seriyasının modelləri də tamamilə yeni gövdə dizaynını əldə ediblər. Belə ki, yeni Pro modellərinin də bucaqları iPhone 4-də olduğu kimi yastı şəkildə reallaşdırılıb. Smartfonların əsas üstünlüklərindən biri də odur ki, onların gövdələri xüsusi keramik material ilə əhatə olunub. Bu isə onların yerə düşüşləri zamanı daha az zərərçəkmələri üçün imkan yaradır. Apple şirkətinin sözlərinə əsasən keramik örtük smartfonları 4 dəfə daha yaxşı qoruyur. iPhone 12 Pro modeli 2532x1170 piksel keyfiyyətli 6.5 düym Super Retina XDR ekran, iPhone 12 Pro Max modeli isə 2778x1284 piksel keyfiyyətli 6.7 düym Super Retina XDR ekran əldə edib.

    Pro seriyasının modelləri də A14 Bionic prosessoru ilə təchiz olunublar. Şirkət Pro modelləri üçün nəzərdə tutulmuş bu prosessorda həmçinin Neural Engine blokuna da əsas diqqəti ayırıb. Bu blok fotonun emalından və sistemin çalışma optimizasiyasından cavabdehdir. Pro seriyasının smartfonlarının gövdələri həmçinin IP68 standartı üzrə sudan qorunmaq özəlliyinə də sahibdirlər.  Beləliklə bu smartfonları 6 metr dərinliyə endirmək olar. Smartfonlar 128/256/512 GB daxili yaddaş ilə təchiz olunublar. iPhone 12 Pro modeli 12 MP (f/1.6 diafraqmalı genişbucaqlı obyektiv) + 12 MP (f/2.0 diafraqmalı teleobyektiv, 4 qat optik zoom) + 12 MP (f/2.4 diafraqmalı ultragenişbucaqlı obyektiv) üçlü arxa kamera və 12 MP-lik (2.2 diafraqma) ön kamera ilə təchiz olunub. iPhone 12 Pro Max modeli də eyni kamera göstəricilərini əldə edib.

    Lakin qeyd etmək lazımdır ki, iPhone 12 Pro Max-ın arxa kamera bacarıqları bir qədər fərqlənirlər. Məsələ burasındadır ki, Pro Max-ın teleobyektivi 65 mm fokus məsafəli f/2.4 diafraqmaya sahibdir. Bunun sayəsində smartfonun teleobyektivi 5 qat optik zoom-u dəstəkləyir. Pro Max-ın genişbucaqlı obyektivi isə daha təkmilləşdirilmiş matrisa əldə edib və onun sayəsində bu obyektiv 87% daha çox işığı əhatə edir. Maraqlısı ondadır ki, Pro seriyasının hər iki modeli təsvirin optik stabilizasiyasını əldə edib. Pro modellərin daha bir üstünlükləri ondan ibarətdir ki, onlar LiDAR skanerini əldə ediblər. Bu skanerdən obyektlərin fiziki konturlarının təyin olunmasında, otağın skan edilməsində və yaxşı işıqlandırılmamış mühitdə fotoçəkilişdə istifadə etmək olar. Bununla yanaşı LiDAR skaner AR tətbiqlərin dəqiq şəkildə çalışmalarını da təmin edir və avtofokusu 6 dəfə sürətləndirir.

    Videoçəkilişə gəldikdə isə hər iki smartfon saniyədə 60 kadr sürətlə 4K keyfiyyətli videolar çəkə bilir. Bununla yanşı Pro modellər Dolby Vision HDR 10 formatında HDR videoların çəkilişi özəlliyini də əldə ediblər. iPhone 12 və iPhone 12 mini modelləri kimi Pro versiyalar da MagSafe adlı naqilsiz şarj texnologiyasının dəstəyini əldə ediblər. Şirkətin verdiyi məlumata əsasən bir dəfə şarj olunandan sonra iPhone 12 Pro modeli 17 saat ərzində video izləmə rejimində, 65 saat ərzində isə audio dinləmə rejimində çalışa bilər. iPhone 12 Pro Max modeli isə bir dəfə şarj olunandan sonra 20 saat ərzində video izləmə rejmində, 80 saat ərzində isə audi dinləmə rejimində çalışa bilər. iPhone 12 Pro bu ayın sonunda, iPhone 12 Pro Max isə gələn ay iPhone 12 mini ilə eyni vaxtda satışa çıxacaq. Onların qiymətləri aşağıdakı kimidir:

- 128 GB daxili yaddaşa sahib iPhone 12 Pro - 999$

- 256 GB daxili yaddaşa sahib iPhone 12 Pro - 1099$

- 512 GB daxili yaddaşa sahib iPhone 12 Pro - 1299$

- 128 GB daxili yaddaşa sahib iPhone 12 Pro Max - 1099$

- 256 GB daxili yaddaşa sahib iPhone 12 Pro Max - 1199$

- 512 GB daxili yaddaşa sahib iPhone 12 Pro Max - 1399$.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Flaqman özəlliklər və ucuz qiymət: Redmi K30S smartfonu təqdim olunub - QİYMƏTİ..

Redmi brendi Snapdragon 865 prosessoruna sahib Redmi K30S Commemorative Edition adlı yeni flaqman sm..


Büdcəli OnePlus Nord N10 və Nord N100 smartfonları təqdim olunublar - QİYMƏTİ..

OnePlus şirkəti heç bir xüsusi təqdimat tədbiri keçirtmədən Nord seriyasının iki yeni orta büdcəli s..


iPhone 12 və iPhone 12 Pro dözümlülük testlərindən keçiblər (VİDEO)

iPhone 12 seriyasının əsas üstünlüklərindən biri də odur ki, bu seriyanın smartfonları Ceramic Shiel..


OnePlus şirkətinin iki yeni büdcəli smartfon modelinin texniki özəllikləri təqdi..

OnLeaks ləqəbli məşhur insayder Voice platformasında OnePlus şirkətinin Nord N100 və Nord N10 adlı y..


Huawei Mate 40 rəsmi şəkildə təqdim olunub - QİYMƏTİ

Huawei şirkəti dünən Mate 40 smartfon seriyasını təqdim edib. Yeni seriyaya Mate 40, Mate 40 Pro, Ma..


iPhone 12 smartfonlarında hansı 5G modemdən istifadə olunduğu məlum olub

Çinin Weibo sosial şəbəkəsində yeni iPhone 12-nin ana platasının komponentlərinin incələnməsi videos..

×