main-post-cover

    Apple şirkəti yaxın gələcəkdə iPhone ekranları üzərində çıxıntı hissədən imtina etmək niyyətində deyil

    Cihazlar+
    08.10.2020
    Emil Nəcəfov
        Baxmayaraq ki, Apple şirkəti iPhone 12 seriyasını təqdim etməyib, internetdə gələn ilki iPhone 13 barəsində məlumatlar ortaya çıxmağa davam edir. Ice Universe ləqəbli məşhur çinli insayderin sözlərinə görə Apple şirkəti yaxın gələcəkdə öz smartfonlarının ekranlarındakı çıxıntı hissədən imtina etmək niyyətində deyil. Bu barədə Gagadget saytı xəbər verib. Bu isə o deməkdir ki, gələn ilki iPhone 13 modelləri də ekran üzərində çıxıntı hissə əldə edəcəklər.
        Lakin insayderin sözlərinə əsasən bu ilki iPhone 12-dən fərqli olaraq iPhone 13-ün ekran üzərindəki çıxıntı hissə bir qədər daha nazik olacaq. Bir neçə gün bundan öncə məlumat ortaya çıxmışdı ki, gələn ilki iPhone 13 seriyasında da 4 ədəd smartfon olacaq. Məlumatda qeyd edilmişdi ki, həmin smartfonlar 5.42 düym, 6.06 düym və 6.67 düym ekranlar əldə edəcəklər. Hər bir iPhone 13 modelinin OLED ekran ilə təchiz olunacağı gözlənilir. Çox güman ki, gələn il də iPhone 13 seriyası payız fəslində təqdim olunacaq.
    Linki kopyala