
Apple şirkətinin hazırladığı böyük ölçülü qatlana bilən cihaz barəsində yeni təfərrüatlar təqdim edilib
Cihazlar+
17.12.2024
Emil
Dünən məlumat ortaya çıxdı ki, Apple şirkəti böyük ölçülü qatlana bilən cihaz üzərində çalışır və hazırlanan bu cihaz özündə iPad və Mac cihazlarının funksionallıqlarını birləşdirəcək. İndi isə The Wall Street Journal bu qatlana bilən cihaz barəsində əlavə məlumatlar verib. Dünənki məlumatda qeyd edilmişdi ki, qatlana bilən cihaz iki iPad Pro ölçüsündə olacaq. Burdan da belə qənaətə gəlindi ki, cihaz təqribi olaraq 25 düym ölçülü ekranı əldə edəcək.
Lakin The Wall Street Journal-ın vermiş olduğu məlumata əsasən Apple tərəfindən hazırlanan böyük ölçülü qatlana bilən cihaz 19 düym ölçülü ekranla təchiz olunacaq. Məlumatda həmçinin qeyd edilib ki, cihazın ekranı üzərində qatlanma izi olmayacaq və o, Apple noutbukları və planşetləri arasında ən böyük ekrana sahib cihaz olacaq. The Wall Street Journal əlavə edib ki, cihazın əməliyyat sistemi qismində iPadOS və ya macOS tətbiqlərini işə sala biləcək qədər təkmilləşdirilmiş xüsusi əməliyyat sistemi çıxış edəcək. Apple şirkətinin bu qatlana bilən cihazının 2028 və ya 2029-cu ildə satışa çıxacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
