main-post-cover

    Apple şirkətinin həmtəsisçisi Steve Wozniak iPhone 13-ü tənqid edib

    Cihazlar+
    31.10.2021
    Farid Pardashunas
        Apple şirkətinin həmtəsisçisi olan Steve Wozniak uzun illər bundan öncə şirkətdən ayrılsa da, o, Apple yeniliklərini izləməkdə davam edir. Bir neçə müddət bundan öncə isə o, iPhone 13 ilə bağlı fikirlərini səsləndirib və həmin fikirlər heç də müsbət olmayıblar. Wozniak iPhone 12 ilə iPhone 13 arasında böyük fərqin olmadığı fikrini səsləndirərək bəlkə də bir çoxlarının etirazlarını təsdiq edib. Faktiki olaraq sözügedən smartfonlar oxşardırlar. Sözün əsl mənasında Apple şirkətinin yeni smartfonunun dizaynında radikal dəyişiklik mövcud deyil. Apple iPhone 13-ün ekranındakı çıxıntı hissənin ölçüsünü bir qədər kiçildib və arxa kameraları diaqonal şəkildə yerləşdirib. Texniki özəllliklər baxımından da elə də çox yenilik yoxdur.
        Smartfonun çalışma müddəti yüksəlib, kameraları bir qədər təkmilləşdirilib və ekranların təsvir yenilənmələri 120 Hz-ə yüksəlib. “Mən yeni iPhone-nu əldə etmişəm və həqiqətən də əvvəlki modeldən bir fərq hiss etmirəm” - deyə Wozniak qeyd edib. O həmçinin bildirib ki, yeni proqram təminatı əvvəlki iPhone modellərində də əla şəkildə çalışmalıdır. Qeyd etmək lazımdır ki, Wozniak ilk dəfə deyil ki, yeni iPhone modellərini tənqid edir. Məsələn hələ 2017-ci ildə o bildirmişdi ki, iPhone X-i almağı planlaşdırmır və bunun yerinə iPhone 8-i istifadə etməyə davam edəcək. Məhz həmin vaxtda Wozniak smartfonları ildən-ilə dəyişməyən avtomobillər ilə eyni səviyyədə tuturdu. 4 il keçməsinə baxmayaraq vəziyyət hələ də dəyişməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər