
Apple şirkətinin ilk qatlana bilən cihazı artıq gələn il işıq üzü görə bilər
Cihazlar+
07.05.2024
Farid
Apple şirkətinin yaxın gələcəkdə təqdim edə biləcəyi qatlana bilən cihazlar barəsində xəbərlər son zamanlarda daha aktual olublar. Ortaya çıxmış yeni məlumata əsasən isə Apple şirkətinin bu cür ilk cihazının artıq gələn il təqdim olunma şansı yüksəkdir. Gözləntilərə əsasən Apple şirkətinin ilk qatlana bilən cihazı böyük ekranlı iPad planşeti və ya MacBook noutbuku ola bilər. Daha sonra isə qatlana bilən iPhone modelini gözləmək olar.
Yeni məlumatlarda qeyd edilib ki, Apple şirkətinin böyük ekranlı qatlana bilən cihazlardan ilki 20.3 düym ölçülü ekrana sahib ola bilər və onun kütləvi istehsalına artıq 2025-ci ildə start verilə bilər. Halbu ki, daha öncəki proqnozlarda bu cür cihazın kütləvi istehsalına 2027-ci ildə start veriləcəyi bildirilirdi. Görünür, Apple bu mövzu ilə bağlı planlarında dəyişiklik etmiş ola bilər. Məlumatlarda həmçinin qeyd edilib ki, qatlana bilən ilk iPhone modeli 7.9 və ya 8.3 düym ölçülü ekrana sahib ola bilər və onun kütləvi istehsalı 2026-cı il üçün planlaşdırılır. Bütün bu məlumatların nə dərəcədə doğru olduqları yalnız yaxın gələcəkdə məlum olacaq.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
