
Apple şirkətinin ilk qatlana bilən cihazı iPhone olmaya bilər
Cihazlar+
23.02.2024
Emil
Heç şübhəsiz Apple şirkəti öz ilk qatlana bilən cihazları üzərində çalışır. Digitimes saytının vermiş olduğu yeni məlumata əsasən şirkətin ilk qatlana bilən cihazı heç də iPhone olmayacaq. Məlumatda qeyd edilib ki, şirkətin ilk qatlana bilən cihazı daha böyük ölçülü olacaq. Çox güman ki, söhbət, ya planşetdən ya da noutbukdan gedir. Məlumata əsasən şirkət təqdim edəcəyi ilk qatlana bilən cihaz üzərində son 5 ildir çalışır və şirkət hələ onun kütləvi istehsalını planlaşdırmır. Apple hal-hazırda ilk qatlana bilən cihazı üçün yüksək keyfiyyətli ekranı hazırlamağa çalışır. Digitimes bildirib ki, Apple elastiki ekranların hazırlanması mövzusunda Samsung ilə əməkdaşlığını dayandırmasa da, o öz mühəndislərini fərdi elastikli ekranının hazırlanması layihəsinə yönləndirib. Apple şirkətinin öz ilk qatlana bilən cihazını yaxın bir neçə ildə təqdim edəcəyi gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Huawei Pura 80 smartfon seriyasının təqdimatı anons edilib
