main-post-cover

    Apple şirkətinin ilk qatlana bilən cihazının nə zaman satışa çıxacağı sızdırılıb

    Cihazlar+
    06.12.2024
    Emil Nəcəfov
         Jukanlosreve ləqəbli X (keçmiş Twitter) istifadəçisi Apple şirkətinin gələcək planşet və noutbuklarının satışa çıxmaları mövzusunda olan yol xəritəsini təqdim edib. İstifadəçinin sözlərinə əsasən təqdim edilmiş yol xəritəsində cihazların nə zaman satışa çıxacaqları ilə yanaşı onların hansı ölçüdə ekranlara sahib olacaqları da qeyd edilib. Beləliklə yol xəritəsinə əsasən şirkət 2026-cı ildə 8.4 düym ölçülü OLED (LTPS) ekrana sahib iPad mini planşetini satışa çıxaracaq.
         2027-ci ildə isə 1113 düym ölçülü OLED (LTPO) ekranlara sahib iPad Air modelləri satışa çıxacaqlar. 2028-ci ildə 11 və 13 düym ölçülü təkmilləşdirilmiş Tandem OLED ekranlara sahib iPad Pro planşetlərinin satışları planlaşdırılır. Lakin bu ekranlar ilk öncə 2026-cı ildə MacBook Pro noutbuklarında tətbiq ediləcək. Məlumatda qeyd edilib ki, şirkət öz ilk qatlana bilən cihazını 2028-ci ildə satışa çıxaracaq. Söhbət, 18.8 düym ölçülü ekrana sahib qatlana bilən cihazdan gedir. Bunun planşet və ya noutbuk olacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    M5 prosessorlu iPad Pro-nun nə zaman təqdim olunacağı açıqlanıb
    m5-prosessorlu-ipad-pro-nun-ne-zaman-teqdim-olunacagi-aciqlanib
    Gələcək iPhone-larda ön kameranın ekranın alt hissəsinə yerləşdirilməsi nəzərdən keçirilir
    gelecek-iphone-larda-on-kameranin-ekranin-alt-hissesine-yerlesdirilmesi-nezerden-kecirilir
    iPhone 17 Pro və iPhone 17 Pro Max daha uzunömürlü və performanslı ekranları əldə edəcəklər
    iphone-17-pro-ve-iphone-17-pro-max-daha-uzunomurlu-ve-performansli-ekranlari-elde-edecekler
    Apple qatlana bilən iPhone-nun konseptini dəyişib
    apple-qatlana-bilen-iphone-nun-konseptini-deyisib
    Apple öz əməkdaşlarını izlədiyi iddiası ilə məhkəməyə verilib
    apple-oz-emekdaslarini-izlediyi-iddisi-ile-mehkemeye-verilib