
Apple şirkətinin öz AR eynək layihəsini ləğv etmədiyi məlum olub
Cihazlar+
11.02.2025
Emil
Son günlərdə yayılmış məlumatlara görə, Apple özünün artırılmış reallıq (AR) eynəyi layihəsini ləğv edib. Lakin şirkətin niyə bu potensial baxımdan perspektivli layihədən imtina etdiyi məlum deyildi. Bu gün Bloomberg saytı bu məsələ ilə bağlı aydınlıq gətirib. Belə ki, Bloomberg-in məşhur insayderi Mark Gurman izah edib ki, Apple həqiqətən müəyyən bir AR eynək modelinin hazırlanmasını dayandırıb. Lakin bu, Mac-a qoşulmaq tələb olunan bir cihaz idi.

Məlumatda qeyd edilib ki, Apple bu konseptin praktiki cəhətdən uğurlu olmayacağı qənaətinə gəlib və layihəni dayandırıb. Bunun əvəzinə, şirkət tamamilə müstəqil şəkildə çalışa bilən AR eynək hazırlayır. Yəni hazırlanan AR eynək başqa cihazlara bağlı olmayacaq. Mark Gurman qeyd edib ki, belə bir cihazın yaxın 3-5 il ərzində satışa çıxarılması ehtimalı azdır, buna görə də konsept gələcəkdə dəyişə bilər.
Qeyd etmək lazımdır ki, Apple bu layihəni qarışıq reallıq cihazı olan Vision Pro-nun uğursuz startından sonra taxıla bilən cihazlar istiqamətində növbəti perspektivli məhsul kimi qəbul edir. Ola bilər ki, Vision Pro-nun uğursuz olması səbəbilə Apple öz diqqətini xarici görünüşcə sadə eynəyə bənzəyən cihaza yönəltmək istəyib. Apple tərəfindən hazırlanan AR eynəyin Vision Pro-dan daha yüngül olacağı gözlənilir. Lakin bununla belə AR eynək öz növbəsində Vision Pro-nun bəzi innovasiyalı imkanlarından məhrum ola bilər.
Mənbə: Bloomberg
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Smartfon keyslərinin istehsalçısı iPhone SE 2025-in xarici görünüşünü sərgiləyib
Smartfonlar üçün keys istehsalı ilə məşğul olan Spigen adlı şirkətin saytında növbəti iPhone SE modelinin render fotoları yayımlanıb və bu, cihazın dizaynı ilə bağlı şayiələri təsdiqləyir.

Təhlükəsizlik
Böyük Britaniya Apple-dan istifadəçilərin izlənməsi imkanının təqdim edilməsini tələb edib
Böyük Britaniyanın hüquq-mühafizə orqanlarının nümayəndələri Apple-a məxfi göstəriş verərək, şirkətin bulud xidmətlərində saxlanılan bütün istifadəçi materiallarına çıxış imkanı yaradacaq bir backdoor (gizli giriş) hazırlamağı tələb ediblər.

Cihazlar+
iPad planşet bazarındakı dominantlığını qoruyub saxlayır
Apple planşet bazarında liderliyini qoruyaraq 2024-cü ilin dördüncü rübündə qlobal bazar payının 42.3%-ni əldə edib. Canalys-in ən son hesabatına görə, şirkət 16.9 milyon iPad tədarük edib ki, bu da 2023-cü ilin dördüncü rübündəki 14.8 milyon ədədə nisbətən 2.1 milyon ədəd daha çoxdur.

Cihazlar+
iPhone SE 2025 artıq gələn həftə təqdim oluna bilər
Apple iPhone SE 2025 smartfonunun buraxılışına hazırlaşır və onun təqdimatı artıq gələn həftə baş tuta bilər. Bunu Bloomberg-in məşhur insayderi Mark Gurman bildirib.

Cihazlar+
Qatlana bilən iPhone böyük ölçüyə sahib ola bilər
Qatlana bilən iPhone haqqında şayiələr illərdir dolaşır. Sözügedən iPhone barəsində müxtəlif insayderlər müxtəlif məlumatları təqdim edirlər. Bu dəfə HaYaO ləqəbli insayder qatlana bilən iPhone-nun xarici görünüşü, bəzi texniki xüsusiyyətləri və buraxılış tarixi ilə bağlı detalları bölüşüb.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
