main-post-cover

    Apple şirkətinin yeni patentində iPhone-nun kənar hissəsinə əlavə ekranın yerləşdirilməsi əks olunub

    Cihazlar+
    03.02.2022
    Farid Pardashunas
        Ehtimal var ki, Apple şirkətinin iPhone-larda yastı dizaynlı kənar hissələrə geri dönüşü təkcə dizayn ilə bağlı olan bir qərar deyil. Belə ki, şirkətin yeni patentlərindən birində iPhone-nun yastı dizaynlı kənar hissəsinə əlavə kiçik ekranın inteqrasiyası barəsində məlumat əks olunub. Şirkət patentində həmin əlavə kiçik ekranın hansı vəziyyətlərdə istifadə olunacağı üzrə nümunələr də əks olunub. Məsələn smartfon vasitəsilə çəkiliş zamanı bu cür ekranda çəkiliş üçün nəzərdə tutulmuş sensorlu düymələr əks oluna bilərlər.
        Buna misal olaraq işıqlandırmanın idarəsi, foto və video rejimləri arasındakı keçid düymələrini gətirmək olar. Smartfonun kənar hissəsinə inteqrasiya edilmiş ekranda həmçinin müəyyən tətbiqlər də əks oluna bilərlər. Bu halda istifadəçi həmin tətbiqlərə sürətli keçidi reallaşdıra biləcək. Digər bir varianta əsasən isə kənar hissələrdə yerləşəcək kiçik ekranlarda sensorlu düymələr əks olunacaqlar və həmin düymələr mobil oyunlarda idarəetmə üçün nəzərdə tutulacaq. Bu cür texnologiya artıq bir sıra Android smartfonda istifadə edilir. Patentdəki imkanların həqiqətən də iPhone modellərində olub-olmayacağı bilinmir. Heç istisna deyil ki, onlar sadəcə patent olaraq qalacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər