Logo
    main-post-cover

    Apple smart eynək mövzusunda şirkət daxili araşdırma aparır

    Cihazlar+
    05.11.2024
    Emil
         Apple şirkəti bu ilin fevral ayında Vision Pro adlı qarışıq reallıq cihazını satışa çıxartdı. Lakin şirkət Vision Pro-nun satışları ilə bağlı problemlər yaşayır. Belə ki, cihazın start qiymətinin 3500$-dan başlaması alıcılarda onu almaq həvəsini aradan qaldırır. Nəticədə Vision Pro kütləvi olmaq şansını itirib. Bu səbəbdən də Apple alternativ variantları nəzərdən keçirir. Onlardan biri də smart eynəkdir. Artıq dəfələrlə məlumat ortaya çıxıb ki, şirkət öz ilk smart eynəyini hazırlamağı planlaşdırır.
         Bloomberg saytının məşhur insayderi Mark Gurman öz növbəsində şirkətin bu cür plana sahib olduğunu təsdiqləyib. Onun sözlərinə əsasən Apple hal-hazırda smart eynəyinin satışa çıxarılması potensialını dəyərləndirmək üçün şirkət daxili araşdırma aparır. Məlumatda qeyd edilib ki, şirkət bu istiqamətdə Meta ilə Ray-Ban arasındakı əməkdaşlıq çərçivəsində satılan smart eynəyə istiqamətlənib. Qeyd etmək lazımdır ki, Meta ilə Ray-Ban arasındakı əməkdaşlıq çərçivəsində satılan smart eynək kameralara və inteqrasiya edilmiş süni zəkaya sahibdir. Apple şirkəti də məhz belə bir smart eynəyi hazırlamağa hədəflənib.
    Paylaş