main-post-cover

    Apple smart eynəyi və kameralara sahib AirPods-u satışa çıxartmağı planlaşdırır

    Cihazlar+
    15.10.2024
    Emil Nəcəfov
         Verilmiş yeni məlumata əsasən Apple şirkəti ətraf mühitin vizual tanınması funksiyalarına sahib yeni cihazları satışa çıxartmağı planlaşdırır. Bu cür cihazların arasında Meta ilə Ray-Ban-ın əməkdaşlığı çərçivəsində hazırlanan smart eynəyə bənzər cihazın və kameralara sahib AirPods-un olacağı düşünülür. Məlumatda qeyd edilib ki, bu cihazlar 2027-ci ildən tez satışa çıxmayacaq. Məlumata əsasən Apple şirkəti Apple Vision Pro-nun hazırlanması çərçivəsində computer vision texnologiyasına etmiş olduğu milyardlarla dollar investisiyadan mənfəət götürmək niyyətindədir və bunun üçün o, bu texnologiyanı digər məhsullarında tətbiq etməyi planlaşdırır.
         Bu istiqamətdə şirkətin ilk etmiş olduğu şey iPhone 16 kameralarının idarəsi üçün süni zəka əsasında vizual tanıma funksiyasının reallaşdırılması olub. Bloomberg saytının məşhur insayderi Mark Gurman-ın sözlərinə əsasən növbəti mərhələdə bu texnologiyanın eynəyə inteqrasiyası olmalıdır. Qeyd etmək lazımdır ki, bu cür eynək ekranlara sahib tam AR cihaz olmayacaq. Bu sadəcə olaraq kameralara və mikrofonlara sahib olacaq smart eynək ola bilər. Bununla yanaşı məlumatda qeyd edilib ki, Apple kameralara sahib AirPods üzərində çalışmağa davam edir. Lakin kameralara sahib eynəyin olacağı halda kameralı AirPods-un nəyə lazım olacağı tam aydın deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple smart ev sahəsi ilə bağlı böyük planlara sahibdir
    apple-smart-ev-sahesi-ile-bagli-boyuk-planlara-sahibdir
    Apple tədqiqatçıları, süni intellektin məntiqi xətalarını ortaya çıxarıblar!
    apple-tedqiqatcilari-suni-intellektin-mentiqi-xetalarini-ortaya-cixariblar
    Apple qatlana bilən smartfonunun hazırlanma tempini sürətləndirib
    apple-qatlana-bilen-smartfonunun-hazirlanma-tempini-suretlendirib
    Apple Vision Pro-nun büdcəli versiyasının nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanıb
    apple-vision-pro-nun-budceli-versiyasinin-ne-zaman-ve-hansi-qiymete-satisa-cixacagi-aciqlanib
    Növbəti iPhone SE-nin keysinin fotosu təqdim edilib
    novbeti-iphone-se-nin-keysinin-fotosu-teqdim-edilib