
Apple smart kamera üzərində çalışır
Cihazlar+
15.11.2024
Emil
Məşhur analitik Ming-Chi Kuo-nun vermiş olduğu məlumata əsasən Apple şirkəti smart kamera layihəsi üzərində çalışır. Analitikin sözlərinə əsasən şirkət bu layihə ilə smart ev kameraları bazarına daxil olmağa hazırlaşır. Məlumatda qeyd edilib ki, Apple tərəfindən hazırlanan smart kameraya Siri ilə Apple Intelligence inteqrasiya ediləcək. Bu isə öz növbəsində Apple ekosisteminin istifadəçiləri üçün olduqca cəlbedici görünə bilər.
Analitik qeyd edib ki, Apple hər il 10 milyonlarla smart kamera istehsal etməyi hədəfləyib. Bu öz növbəsində şirkətin bu mövzudakı iddialı planlarının olmasından xəbər verir. Gözləntilərə əsasən Apple şirkətinin smart kamerasının əsas üstünlüyü şirkətin digər cihazları və süni zəka ilə daha dərindən inteqrasiyası olacaq. Bununla yanaşı digər brendlərin smart kameraları ilə müqayisədə Apple şirkətinin smart kamerası Apple Silicon prosessoru sayəsində daha geniş funksionallığı təklif edəcək. Smart kameranın nə zaman təqdim olunacağı bilinmir.
Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
