
Apple smart qolbağını patentləşdirib
Cihazlar+
29.11.2024
Emil
Məlum olub ki, Apple şirkəti daha bir texnologiyanı patentləşdirib. Patent sənədi şirkətin 2021-ci ildən hazırladığı texnologiyanı əks etdirir. Söhbət, istifadəçinin əl jestlərini təyin edə bilən smart qolbaqdan gedir. Patent sənədində qeyd edilmiş məlumata əsasən bu cür smart qolbaq əl jestlərini hətta istifadəçinin qolbağa toxunmadığı halda belə təyin edə bilər. Bu cür funksiyanın əldə edilməsi üçün smart qolbağın kəmərinin müəyyən hissələrində və ya kəmərin bütöv hissəsində elektrodların yerləşdirilməsi təklif edilib. Elektromioqrafiya üsulu sayəsində əzələlərin və vətərlərin aktivliklərinin təyini nəzərdə tutulub. Əzələ və vətər aktivlikləri siqnallarının emal edilməsi isə onların jestlərə çevrilməsinə imkan verir. Elektrodlara sahib kəmər öz növbəsində Apple Watch smart saatlarında da istifadə edilə bilər.



Paylaş
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
