Logo
    main-post-cover

    Apple smart saatlar üçün qan təzyiqinin yeni ölçülməsi üsulunu patentləşdirib

    Cihazlar+
    29.11.2024
    Emil
         Apple şirkəti öz smart saatları üçün nəzərdə tutulmuş yeni texnologiyanı patentləşdirib. Patentləşdirilmiş texnologiya smart saatlar vasitəsilə qan təzyiqinin ölçülməsini mümkün edir. Patentə əsasən sözügedən texnologiya maye ilə dolan kamera sayəsində çalışır. Smart saat daxilindəki xüsusi kamera maye ilə dolan zaman təzyiq sensoru istifadəçinin qanındakı dəyişikliyi təyin edir. Bu cür üsul Samsung-un smart saatlarında olan optik üsuldan daha dəqiq şəkildə qan təzyiqini ölçə bilər. Lakin maraqlısı ondadır ki, nəyə görə Apple smart saat daxilindəki kamera üçün hava əvəzinə maye seçimini edib. Çünki maye demək olar sıxılmır. Qan təzyiqinin bu üsul vasitəsilə ölçülməsi texnologiyasının Apple Watch smart saatlarında nə zaman reallaşdırılacağı bilinmir.
    Paylaş